Gələcək stomatoloqlar üçün University of Glasgow'dan online kurslar

06

Sentyabr

  • Tarix: 06/09/2021 10:00 - 06/08/2021 19:00
  • Məkan: 8 noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

İlk kurs 6 sentyabr 2021-ci il tarixində başlayacaq

1451-ci ildən bəri tələbələrə təhsil verən University of Glasgow, nüfuzlu bir təhsil müəssisəsi olaraq seçilir. İngiltərənin dördüncü ən qədim ali təhsil müəssisəsi olan Glasgow dünyanın ən yaxşı 100 universiteti arasındadır. Universitet, 2018-ci ildə Good University Guide tərəfindən İlin Universiteti seçilmişdir.

University of Glasgow yeni, peşəkar stomatoloqlar yetişdirmək üçün yeni kursa start verir. Belə ki, siz diş həkimi dərəcəsinə müraciət etməzdən əvvəl onlayn olaraq stomatologiya təcrübəsi qazana bilərsiniz. FutureLearn "Becoming a Dentist" adlı yeni kursunu tələbələrə təqdim edir. Bu kurs potensial stomatologiya fakültəsi tələbələrinə, diş həkimi olmağın nə demək olduğunu, müraciət prosesindən necə keçiləcəyini və diş həkimi karyerasının nələr edə biləcəyini daha yaxşı anlamaq şansı təqdim edir.

Tələbələr patientin sağlamlığı üçün ağız sağlamlığının əhəmiyyətindən tutmuş, adi bir günün diş həkimi üçün necə göründüyünə qədər hər şeyi öyrənəcəklər.

İlk kurs 6 sentyabr 2021-ci il tarixində başlayacaq

Bu kursda diş həkimlərinin gündəlik işləri ilə bənzərsiz bir virtual anlayışla tanış olacaqsınız. Kursun müddəti iki həftədir, dərslər tamamilə online şəkildə tədris olunur. Siz də öz karyera addımlarınızı University of Glasgow ilə birlikdə ataraq, gələcəyimizə sağlam təbəssüm bəhs edin.

 

Universitet və kurslar haqqında əlavə təlimata ehtiyacınız olarsa, çəkinmədən Azeri Student konsultantlarına müraciət edə bilərsiniz.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər