Gələcəyə işıq olan həkimlər üçün tibb təhsili!

05

İyul

  • Tarix: 05/07/2021 10:00 - 05/07/2021 19:00
  • Məkan: Nobel pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Siz də həkim olaraq cəmiyyətdə xüsusi yer tutmaq istəyirsinizsə Aston’u seçin.

Böyük Britaniyanın ən yaxşı 30 universitetindən biri olan Aston University, ilin ən çox tələbə qəbul edən, təşəbbüskarlığı ilə seçilən təhsil müəssisələrindən biridir. Universitet 2020-ci ildə “İlin universiteti” seçilmiş və “Mükəmməl Sahibkarlıq Universiteti” mükafatına layiq görülmüşdür.

 

Aston University İngiltərənin ikinci ən böyük şəhəri Birminghamda yerləşir. Şəhər həm gözəlliyi, həm də iş və sənaye baxımında karyera imkanları ilə seçilir.

 

Aston University beynəlxalq səviyyədə mükəmməlliyi ilə tanınaraq, tələbələrə aşağıdakı ixtisaslar üzrə tədris proqramı təklif edir.

  • Business and Social Sciences

  • Engineering and Physical Sciences

  • Health and Life Sciences

 

Xüsusən tibb sahəsi üzrə Avropada ön sıralarda yer tutan universitet Sağlamlıq Peşələri üzrə İngiltərədə ümumilikdə TOP 10’da yer alır. Aston Tibb Fakültəsi İngiltərədəki 34-cü, Midland’dakı 6-cı tibb məktəbidir. Burada həkimləri yetişdirmək və tibbi tədqiqatlara təşviq etmək üçün hər bir şərait yaradılmışdır.

 

Bioloji Elmlər, Oftalmologiya, Farmakologiya, Əczaçılıq və Psixologiya sahələrində də tədqiqat keyfiyyətinə görə ölkədə ilk sıralardadır. Aston Göz Klinikası İngiltərədəki ən böyük optometriya tədris mərkəzidir. Bioloji Elmlər üzrə magistr perspektivləri yüksək olan Aston University tibbi heyətin ən çox seçdiyi ali təhsil ixtisaslarındandır. 

 

Tibb sahəsi üzrə populyar ixtisaslar: Medicine, Biosciences, Pharmacy, Optometry, Psychology

 

Siz də həkim olaraq cəmiyyətdə xüsusi yer tutmaq istəyirsinizsə Aston’u seçin. Dünyamızın tibbi cəhətdən sınaqlarla üzləşdiyi bir dövrdə gələcəyə işıq olun. 

 

Tibb ixtisasları üzrə daha ətraflı məlumat üçün komandamızla əlaqə saxlaya bilər və ya konsultasiya üçün komandamıza müraciət edə bilərsiniz.

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər