GƏLƏCƏYİN COCO CHANEL'LƏRİ ÜÇÜN İTALYAN MODA KURSLARI

28

İyul

  • Tarix: 28/07/2021 10:00 - 28/07/2021 19:00
  • Məkan: 8 noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

İtalyan moda akademiyası Istituto Marangoninin qısamüddətli kursları sizin üçün fantastik bir başlanğıc ola bilər.

Istituto Marangoni qısamüddətli yay kursları iştirakçılara moda, dizayn və sənət dünyasını qısa müddətdə araşdırmaq və öyrənmək imkanı təqdim edir. Harada olmağınızdan asılı olmayaraq, siz 2021-ci ilin iyun ayından başlayaraq Yay Kurslarına onlayn və ya Milano, London və Parisdəki prestijli məktəblərindən birinə yazılaraq qatıla biləcəksiniz.

 

Dizayn sahəsinə yeni başlayanlar üçün 3 həftəlik kurslar

Daha əvvəl heç bir təcrübəsi olmayan iştirakçıları hədəfləyən 3 həftəlik kurslar, moda, dizayn və incəsənət mütəxəssislərinin dərsləri əsasında qurulacaq. Hər bir kurs iştirakçılara seçilmiş sahədəki əsas prinsipləri və anlayışları öyrənməyə və anlamağa imkan verir və gələcək təhsildə və ya karyera seçimlərində onlara kömək etmək üçün əla fürsətlər yaradır.

 

ONLAYN KURSLAR

 

FASHION AREA

  • FASHION DESIGN

  • FASHION BUSINESS

  • FASHION IMAGE & STYLING

  • SOCIAL MEDIA FOR FASHION

 

DESIGN AREA

  • INTERIOR DESIGN

  • PRODUCT DESIGN

  • DIGITAL GRAPHIC DESIGN

 

ART AREA

  • ART IN FASHION

 

HAZIRLIQ KURSLARI

 

FASHION AREA

  • FASHION DESIGN · Milano, Paris və ya Londonda mövcuddur

  • FASHION BUSINESS · Milano, Paris və ya London mövcuddur

 

  • FASHION IMAGE & STYLING · Milano və ya London mövcuddur

  • FASHION IMAGE & BUSINESS · Milano və ya Paris mövcuddur

 

DESIGN AREA

  • INTERIOR DESIGN · Milano və ya London mövcuddur

  • PRODUCT DESIGN · yalnız Milano

  • DIGITAL GRAPHIC DESIGN · yalnız Milano

 

Profesionallar üçün 6 həftəlik kurslar

Yüksək akademik təcrübə və moda sənayesinin müəyyən sahələri haqqında daha çox məlumat əldə etmək istəyən gənc mütəxəssislər üçün hazırlanan bu qısa kurslar zamanı iştirakçılar, beynəlxalq moda markası və dizayn şirkətlərinin qəbul etdiyi ən son rəqəmsal tətbiq və vasitələrin əsasları ilə tanış olacaqlar. Bu kurslar, iştirakçılara ideya və təcrübələrin tədqiqi, yaradılması və təqdimatında istifadə olunan alətlər və strategiyalar haqqında bir anlayış təmin edir. Həyəcanverici onlayn dərs, seminar və mühazirələrdən ibarət proqramlar sizi moda səhnəsinin əsil ulduzuna çevirəcək.

 

Siz də o tələbələrdən biri olmaq istəyirsinizsə, elə indi bizə müraciət edin! Moda tarixinə öz adınızı Azeri Student ilə birlikdə yazdırın!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər