Gerçək dünya təcrübələrini Pace Univercity ilə öyrənin!

05

İyul

  • Tarix: 05/07/2021 10:00 - 05/07/2021 19:00
  • Məkan: 8 Noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Pace University - English Language Institute’nin bu ilin iyul və avqust ayları üçün planlaşdırılmış bir çox dərs proqramları mövcuddur.

Güclü akademiklər, gerçək dünya təcrübələri ilə zəngin Pace University təhsil xərclərinə görə ən yaxşı gəliri təmin edən USA kolleclərinin 9%’nin arasında yer alır. Universitet tələbələrin həyatını akademik, peşəkar və sosial-iqtisadi baxımdan dəyişdirir.

 

TOP 1 - 2020-ci il üçün Nyu-Yorkda ən yaxşı 10 tibb proqramı arasında

TOP 10 - Xüsusi onlayn məktəblər arasında

 

İstər bir USA universitetində təhsil almağı planlaşdırın, istər ümumi ingilis dilinizi inkişaf etdirin, istərsə də karyera perspektivlərinizi yüksəltmək üçün çalışın. Fərq etməz Pace University’dəki - English Language Institute sizin üçün lazımi bütün proqramları təklif edir. English Language Institute’nun bu ilin iyul və avqust ayları üçün planlaşdırılmış bir çox dərs proqramları mövcuddur: Hüquqşünaslar üçün ingilis dilini öyrənmək, liderlik bacarıqlarınızı artırmaq, TOEFL iBT testinə yiyələnmək, inşa yazılarınızı mükəmməlləşdirmək, kütlə qarşısında danışmaqda daha inamlı olmaq və daha çox fürsətlər.

 

Upcoming Classes

  • Psychology for Business

21 iyun-4 iyul (Onlayn)

Bu dərsdə siz işçilərin və istehlakçıların davranışlarını, bir təşkilatla həm daxili, həm də xaricdən əlaqəni artırmaq üçün strategiyaları necə həyata keçirə biləcəyini öyrənəcəksiniz.

 

  • Leadership Workshop: Daxilinizdəki liderlik bacarıqlarını inkişafı üçün.

5 iyul-18 iyul (Onlayn)

Fərqli liderlik tərzlərini araşdıraraq iş yerində güclü təsir bağışlayın. Şəxsi liderlik planınızı yaradın və yüksək effektiv lider olmaq üçün strategiyalar hazırlayın.

 

  • English for Lawyers

5-30 iyul (Onlayn)

Bir Hüquq Magistri (LLM) proqramında oxuyursunuzsa, hüquq təhsili almağa hazırlaşırsınızsa və ya hazırda vəkil kimi işləyirsinizsə, bu kurs sizə lazım olan əsas dil biliklərini tədris etmək üçün nəzərdə tutulub. Proqrama əsas hüquqi dil bilikləri və Amerika hüquq sisteminə giriş daxildir. Tamamladıqdan sonra Pace University’dəki Elisabeth Haub School of Law fakultəsindən TOEFL imtiyazı alın.

 

  • Intensive English Program

12 İyul - 20 Avqust (Fərdi, Onlayn)

8 sentyabr - 26 oktyabr (Fərdi, Onlayn)

USA və dünyanın hər yerindən gələn tələbələrlə bilrikdə kiçik siniflərdə əsas ingilis dili bacarıqlarınızı artırın. Dərslərə MA TESOL dərəcəsi olan yüksək ixtisaslı müəllimlər rəhbərlik edirlər. Dərslər Grammar & Writing, Conversation & Listening, Reading & Vocabulary, Public Speaking əsasında keçirilir.


 

  • TOEFL iBT Test Preparation

12 iyul - 20 avqust (Onlayn)

Qrammatika, lüğət, oxu, danışma, dinləmə və test imtahan strategiyaları daxil olmaqla testin hər bir istiqamətini öyrədən bu kursda TOEFL iBT score hədəflərinizə çatmağa hazırlaşın.

 

  • New Approaches to Digital Marketing and Social Media

19 iyul-1 avqust (Onlayn)

Bu kurs vasirtəsilə rəqəmsal marketinq və sosial medianı araşdırmağın və istifadəsinin yeni strateji yollarını inkişaf etdirin.

 

  • Child Development and Psychology

2-15 avqust (Onlayn)

Uşaqların inkişafına təsir edən amilləri və bu bilikləri necə öyrənib tətbiq etdiklərini tədris edən bu proqramı uşaq psixoloqlarından əlavə bağça, məktəb müəllimlərinə də tövsiyyə edirik. Eləcə də analar öz övladlarının fərdi inkişafını zamanı onlara necə davranacaqlarını bu proqram vasitəsilə öyrənə bilərlər.

 

  • Pre-Academic English Program

8 sentyabr - 18 dekabr (Fərdi, Onlayn)

Pre-Academic English Program, Amerika universitetində istifadə edəcəyiniz bacarıqları öyrənərək Amerika universitet təcrübəsinə hazırlaşmanıza kömək edir. Bu, vacib tədqiqat, yazı və ünsiyyət bacarıqlarını öyrənmək və onları seçdiyiniz bir mövzuya dərhal tətbiq etmək üçün misilsiz bir fürsətdir. 14 həftədə Pace Univercity bakalavr və ya magistr qəbulu üçün TOEFL imtiyazını qazanın!

 

Beləliklə siz, Pace University tabeliyindəki English Language Institute’nun dərslərinə qatılaraq fərdi inkişafını tamamlaya və dil biliklərinizi artıra bilərsiniz. Proqramlar, ödənişlər və ya kurslar barədə əlavə suallarınıza Azeri Student təhsil bələdçiniz sayəsində cavab tapın!

 

Ünvan: 8 Noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər