GRE/GMAT imtahan nəticələri olmadan Amerikada təhsil

19

Avqust

  • Tarix: 19/08/2021 10:00 - 19/08/2021 19:00
  • Məkan: 8 noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Northeastern University COVID pandemiyası zamanı yaranmış çətinlikləri nəzərə alaraq GRE/GMAT imtahan nəticələri olmadan 2022-2023 təhsil ili üçün tələbə qəbulunu elan edir.

 

Northeastern University 1898-ci ildən bəri tələbələrin ilham mənbəyidir. Universitet dünya şöhrətli akademik heyəti, ciddi və çevik təhsil variantları və tanınmış təcrübəli öyrənmə modeli ilə tələbələrə təsirli təhsil imkanları verir. 140 ölkədən 14000-dən çox əcnəbi tələbə və alim, dinamik və mədəni olaraq fərqli bir universitet mühitindən zövq alırlar.

 

  • U.S. World & News Report 2020 əsasən universitet ən yaxşı Amerika universitetləri arasında TOP 40-da yer alır.
  • Karyera Xidmətləri kateqoriyasında Northeastern University TOP 4-də yer alır.
  • BusinessWeek-ə görə iş yerləri üçün A+ qiymətləndirilib.
  • 100 illik universitetlər arasında Co-op kursunu ilk başladanlardandır.

 

Akademik məsləhətçilər və mentorlar tələbələrə şəxsi və peşəkar məqsədlərinə cavab verən proqramları seçməyə kömək edir. Proqramların hər biri təcrübə əsasında öyrədilir. Bu model tələbələrə sinifdə öyrəndiklərini real dünya problemlərinə tətbiq etməyə və qiymətli praktiki təcrübə ilə iş həyatına girməyə imkan verir.

Kampuslar: Boston, San Francisco, Silicon Valley, Charlotte, Seattl

Northeastern University 2022-2023 tədris ili üçün standart testlərə yanaşması ilə bağlı xüsusi yeniliklər hazırlayıb. Dünyada artan COVID hadisələri səbəbiylə bir çox beynəlxalq və yerli tələbə standart testlərə girməkdə çətinlik çəkir və hələ də GRE/GMAT imtahanına girişlərdə bəzi məhdudiyyətlər var. Bu səbəbdən Northeastern Universiteti, 2022-2023 tədris ilində magistr proqramları üçün test-seçim yanaşmasını genişləndirdi.

 

College of Professional Studies; School of Law - GRE/GMAT tələb olunmur

College of Social Sciences & Humanities; D’ Amore-McKim School of Business; College of Science, Khoury College of Computer Sciences; College of Engineering; College of Arts, Media & Design - GRE/GMAT tələb olunmur və ya istəyə bağlı olaraq imtahan verə bilərsiniz.

 

Northeastern University haqqında daha ətraflı məlumat üçün Azeri Student komandası ilə əlaqə saxlaya bilər, sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər