Günəşli Milandan sizə xoş xəbərlərimiz var!

16

Avqust

  • Tarix: 16/08/2021 10:00 - 16/08/2021 19:00
  • Məkan: 8 noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

İtaliya moda akademiyası NABA'da yay kursu fürsəti!

Tanınmış bir akademiya olaraq NABA, Milan və Romadakı iki şəhərciyində dizayn, moda dizaynı, qrafika və rabitə, multimedia sənətləri, yeni texnologiyalar, vizual sənət sahələrində birinci və ikinci səviyyəli universitet dərəcələrinə bərabər akademik diplomlar təqdim edir. Akademiya 1980-ci ildə Milanda Ausonio Zappa, Guido Ballo və Gianni Colombo-nun xüsusi təşəbbüsü ilə quruldu. NABA, QS World University Rankings® tərəfindən İtaliyanın Ən Yaxşı Təsviri Sənətlər Akademiyası və dünyanın ən yaxşı 100 universiteti arasına daxil edilmişdir.

 

İtaliyanın ən fantastik sənət, moda, dizayn akademiyalarından biri olan NABA online yay kurslarına start verir.

Dərslər 30 Avqust tarixində başlayacaq, 10 Sentyabr 2021-ə qədər davam edəcək.

Onlayn kurslara müraciət üçün son tarix 16 Avqustdur.

 

Qəbul prosedurlarına gəldikdə:

• Müraciət onlayndır: siz bizim saytımızdan qeydiyyatdan keçərək bizim vasitəmizlə NABA Onlayn Kurslarına müraciət edə bilərsiniz.

• Təhsil haqqı 2 həftəlik bir kurs üçün 750 Avro miqdarındadır. Dərslərə onlayn sinif işi, gündəlik canlı sessiyalar, son layihələr və lazım olduqda proqrama daxil olan virtual ziyarətlər daxildir.

  

Müraciət qaydaları, son qəbul tarixi və digər məsələlərlə bağlı bütün müvafiq məlumatları bizə müraciət edərək əldə etməyə tələsin!

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər