Hollandiya və Böyük Britaniyada təhsil - AÇIQ QAPI GÜNÜ!

26

Aprel

  • Tarix: 26/04/2021 19:00 - 26/04/2021 20:00
  • Məkan: Online

Yalnız BİR gün! Hollandiya və İngiltərədə təhsil ilə bağlı bütün miflərə son qoymaq və sizə lazım olan təhsil müəssisəsini seçmək üçün Sizi rəsmi nümayəndələrlə görüşə dəvət edirik!

Zaman keçir və yeni tədris ili getdikcə yaxınlaşır. Lakin xaricdə təhsil ilə bağlı saysız suallarınıza hələ də cavab tapmamısınız? Bu səbəbdən də, Sizə (övladınıza) uyğun olan ən ideal təhsil müəssisəsini seçmək daha da çətinləşir? Qərar vermək üçün tələsməyin! Azeri Student komandası olaraq, Sizləri dünyanın ən yaxşı universitetləri ilə bir araya gətirməyə davam edirik.

 

Belə ki, YALNIZ bir gün, 26 Aprel tarixində, saat 19:00-da məktəbin son illərində olan bütün şagirdləri, bakalavr tələbələrini, və onların valideynlərini, eləcə də magistraturaya hazırlaşan şəxsləri Hollandiya və Böyük Britaniyanın aparıcı universitetlərinin rəsmi nümayəndələri ilə görüşə qatılmağa dəvət edirik.

 

Qeyd edək ki, görüşdə iştirak edəcək Britaniya universitetlərindən 11-i “The Times and The Sunday Times Good University Guide 2021” reytinq sıralamasına əsasən UK ərazisində TOP 50 daxildirlər. Britaniya və ingilisdilli Avropa təhsili sizə ilk növbədə istənilən karyerada rəqabət üstünlüyü təqdim edəcəkdir.

 

Görüşdə iştirak edəcək universitet və kolleclərin siyahısı ilə tanış olun.

Böyük Britaniya:

  • UNIVERSITY OF ABERDEEN

  • BELLERBYS COLLEGE LONDON

  • BELLERBYS COLLEGE BRIGHTON

  • CARDIFF UNIVERSITY

  • COVENTRY UNIVERSITY LONDON

  • UNIVERSITY COLLEGE DUBLIN

  • DURHAM UNIVERSITY

  • UNIVERSITY OF HUDDERSFIELD

  • UNIVERSITY OF HUDDERSFIELD – LONDON

  • KINGSTON UNIVERSITY, LONDON

  • LANCASTER UNIVERSITY

  • UNIVERSITY OF LEEDS*

  • LEEDS BECKETT UNIVERSITY*

  • LIVERPOOL JOHN MOORES UNIVERSITY

  • ROYAL HOLLOWAY, UNIVERSITY OF LONDON

  • THE UNIVERSITY OF SHEFFIELD

  • UNIVERSITY OF STRATHCLYDE

  • UNIVERSITY OF SURREY

  • UNIVERSITY OF SUSSEX

Hollandiya:

  • VRIJE UNIVERSITEIT AMSTERDAM

  • TILBURG UNIVERSITY

  • ERASMUS UNIVERSITY ROTTERDAM

  • HANZE UNIVERSITY OF APPLIED SCIENCES

 

Bildiyiniz kimi Birləşmiş Krallıq və Avropa təhsil sistemi bizimkindən fərqlənir, bu səbəbdən əcnəbi tələbələrin Bakalavra qəbul zamanı 12-ci sinifi təsdiq edən diplom əldə etmələri zəruridir. Bu səbəbdən biz Sizə sözügedən təhsil müəssisələrində beynəlxalq tələbələr üçün xüsusi tərtib olunmuş Foundation, Year One və ya Pre-Masters proqramlarını təklif edirik. Universitetlər tərəfindən zəmanətli şəkildə qəbul olunan proqramların əsas özəlliyi əcnəbi tələbələrin akademik göstəricilərini, ingilis dili biliklərini lazımi səviyyəyə çatdırmaq və onları gözləyən Avropa və UK təhsil həyatına hazırlamaqdır.

 

Valideynlərin diqqətinə! Hələ məktəbin son siniflərində olan şagirdlər üçün Bellerbys College daxilində GCSE, A Level və müxtəlif universitetə hazırlıq proqramları da təklif olunur. Qeyd edək ki, Bellerbys College 73+ universitetlə əməkdaşlıq edir. Və hər il yetişdirdiyi məzunların böyük hissəsinə növbəti universitetlərə (Onlardan 4-ü “The Times and The Sunday Times Good University Guide 2021" sıralamasında TOP 10-dadır) zəmanətli qəbulu təmin edir: University of Bath, University of Birmingham, University of Bristol, Coventry University, Durham University, Kingston University London, Lancaster University, Leeds Arts University, Loughborough University, University Of Surrey, University of Westminster.

 

Londonun mərkəzində Magistratura oxumaq arzusunda olan məzunların nəzərinə! Görüşdə iştirak edəcək aparıcı universitetlərdən biri, University of Huddersfield – London gələcək karyeranız üçün ilk böyük addım olacaqdır! Yalnız postgraduate təhsil üçün qurulmuş universitet yüksək keyfiyyətli biznes yönümlü proqramlar üzərində fokuslanmışdır. Əsas proqramlar:

  • MSc Accounting and Finance

  • MSc International Business

 

Görüş iki hissəsədən ibarət olacaq: qısa prezentasiyadan sonra siz birbaşa nümayəndələrə öz suallarınızı ünvanlaya biləcəksiniz. Görüşə qatılmaq üçün yeganə tələb qeydiyyatdır. Qeydiyyatdan keçdikdən sonra sizə xüsusi ZOOM linki göndəriləcək.

 

Tarix: 26 Aprel, saat 19:00-da

Məkan: online (İştirak üçün qeydiyyat mütləqdir!)

 

Ünvan:

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

 

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər