13
Aprel
Bir çoxumuza məlumdur ki, İngiltərədə İngilis dili sertifikatı olmadan hər hansı bir universitetə qəbul olmaq mümkünsüzdür. Viza prosesi, universitetlərin qoyduğu ciddi rejim sizdən beynəlxalq sertifikat tələb edir. Bəziləriniz isə İELTS, TOEFL kimi imtahanlara hazırlaşmağa vaxt tapa bilmirsiniz, lakin xaricdə təhsil arzunuzdur. Elə isə gəlin arzunuzu birlikdə reallaşdıraq! İngiltərənin reytinqli universiteti olan Coventry sizə ingilis dili imtahanı təklif edir. İmtahan isə bizim ofisde keçirilir. Rəsmi nümayəndənin iştirakı ilə keçirilən imtahan İELTS imtahanına bənzəyir və bir neçə bölmədən ibarətdir. Bəlkə də bu sizə xəyallarınızın reallaşmasına yardımçı olacaq bir şansdır!İmtahanda iştirak üçün qeydiyyatdan keçməyiniz mütləqdir! 13 Aprel 13-00 da baş tutacaq imtahanda ingilis dili səviyyəsinə güvənən, İngiltərədə təhsil almaq istəyən hərkəsi gözləyirik!
Əlavə suallar üçün
+994 50 512 28 28
+994 50 254 03 29
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.