İKİLİ DİPLOM DƏRƏCƏSİ İLƏ FİNLANDİYADA TƏHSİL!

01

Yanvar

  • Tarix: 01/01/2022 10:00 - 01/01/2022 19:00
  • Məkan: 8 noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Helsinki School of Business-i bitirdikdən sonra tələbələr, İngiltərədəki Northampton Universitetində təhsil alan hər bir tələbə ilə eyni bakalavr dərəcəsi diplomuna sahib olurlar.

Elə indi, HELBUS Helsinki School of Business-a müraciət edin, University of Northampton-nun Business Management və ya Vocational upper secondary Sports Assistant proqramları üzrə Finlandiyanın, Helsinki şəhərində təhsil alın. Dərslər yanvar ayında başlayır. Əgər siz payız semestri üçün sənədlərinizi təqdim etməyə gecikmisinizsə, bu fürsəti dəyərləndirməyə tələsin.

HELBUS, Finlandiyada 2012 -ci ildə qurulan özəl biznes məktəbidir. İngilis Northampton Universiteti ilə ortaqlığı sayəsində Northampton Universiteti tərəfindən verilən biznes və idarəçilik üzrə bakalavr və aspirantura dərəcələri təklif edir. Eyni zamanda İngiltərədəki ən böyük akkreditasiya təşkilatı olan Pearson tərəfindən akkreditə olunmuş Ali Milli Diplomu da təqdim edir. Bu biznes təhsili tamamilə Finlandiyada verilir və sizə beynəlxalq biznesdə karyera qurmaq üçün lazım olan əsas bacarıq və bilikləri inkişaf etdirmək imkanı təqdim edir.

Business Management və Sports Assistant proqramları 17 ölkədən gələn professor və finlandiyalı müəllimlər tərəfindən tədris olunur. Qəbul imtahanına girmək məcburiyyətində deyilsiniz və məktəb qiymətlərinizin də əla olması lazım deyil. Universitetin fəlsəfəsi, tələbələrin əziyyət çəkən bir qəbul prosesi əvəzinə həqiqi araşdırmalarda özünü sübut etməsinə icazə verməkdir.

Bu proqramlar sizi beynəlxalq vəzifələrə hazırlayır. Business Management proqramını bitirdikdən sonra tələbələr, İngiltərədəki Northampton Universitetində təhsil alan hər bir tələbə ilə eyni bakalavr dərəcəsi diplomuna sahib olurlar. Sports Assistant proqramını bitirdikdən sonra tələbələr, Kisakallio Sports Institute tərəfindən Vocational upper secondary Sports Assistant ixtisasını alırlar.

University of Northampton, 2017-ci ildə İngiltərədə nüfuzlu Tədris Mükəmməlliyi Qızıl Mükafatını alan yalnız 45 universitetdən biridir. University of Northampton Business Management proqramı, İlin Biznes Məktəbi kateqoriyasında Ən Yaxşı Ali Təhsil mükafatına 3 il ard-arda layiq görülmüşdür.

HELBUS-un avantajlarından biri də, məzunlar yüksək gəlirli işlə təmin olunurlar. KPMG, EY, CGI, Nordea, OP, S-bank, If, Mandatum, Tesla, HP, IBM, Exxon və Michael Kors firmalarda çalışmaq imkanı əldə edirlər. British degree beynəlxalq rəqabətli iş bazarında yüksək qiymətləndirilir.

HELBUS-a qəbul almaq asan olsa da, dərəcəni əldə etmək zəhmət tələb edir. HELBUS -da ciddi tədris tempi tələbənin üç il ərzində bakalavr dərəcəsi almasına imkan verir.

 

Əgər siz payız semestri üçün sənəd qəbuluna gecikmisinizsə, sənədlərinizi elə indi təqdim edərək yanvar ayında dərslərə başlaya bilərsiniz. Daha ətraflı məlumat üçün bizimlə əlaqə saxlayaraq, ödənişsiz konsultasiyadan yararlanın.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər