21
İyun
Almaniya universitetləri arasında yuxarı pillələrdə qərarlaşan University of Europe for Applied Sciences (UE) təhsilini Data Science sahəsi üzrə davam etdirmək istəyən tələbələr üçün unikal proqramlar təklif etməkdədir.
UE U-Multirank reytinq sıralamalarında:
The University of Europe for Applied Sciences (UE) - Iserlohn, Berlin, Hamburg və yeni UE Innovation Hub kampuslarında fəaliyyət göstərməkdədir.
Universitetin təklif etdiyi proqramlarla tanış olun.
Data Science anlayışını son illərdə əsasən Facebook, Linkedin və Twitter firmalarından qaynaqlanaraq daha tez tez eşitməyə başlamışıq. Data Science, məlumatlardan dəyər yaradaraq biznes üçün yeni imkanlar açan, getdikcə daha çox trendə çevrilən bir sahədir. Data Science, strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatlardan bilik və anlayışlar əldə etmək və bu məlumatları geniş platformalarda tətbiq etmək üçün elmi metodlardan, prosseslərdən, alqoritmlərdən və sistemlərdən istifadə edən fənlərarası bir sahədir.
Analitik xidmətləri əhatə edən yeni innovasiya dalğaları son illərdə biznes və texnologiyaya əhəmiyyətli dərəcədə təsir göstərmişdir. Bu magistr proqramında, bugünkü iş bazarında bütün sahələrdə tələb olunan bütün müvafiq Data Science bacarıqlarını öyrənəcəksiniz.
Dərslər Analytics və Machine Learning öyrənilməsində klaster üsulları, proqnozlaşdırıcı modelləşdirmə və dərin öyrənmə kimi müvafiq metodları əhatə edir. Ağıllı məlumat idarəçiliyi ilə məlumatların strukturlaşdırılmış şəkildə toplanması bütün uğurlu analizlərin əsasını təşkil edir. Çağdaş bir liderlik və mədəniyyət modulu sizi gələcəkdə liderlik xüsusiyyətlərinə malik olmanız üçün hazırlayır.
Biznes və yaradıcılıq sənayesində müasir liderlərin ixtisas bacarıqları xaricində bir sıra ümumi bacarıqlara ehtiyacları var.
Bu səbəbdən yeni Magistr proqramlarımız, ixtisaslaşmış sahələrlə dərin əlaqəsi olan və ümumi fənlər haqqında geniş məlumat sahibi olan işəgötürənləri təsvir edən T – Profile ətrafında qurulmuşdur.
Tələbələrin şirkət tərəfdaşları ilə tətbiqi bir layihə üzərində işləməsinə və ya öz tədqiqat layihələrini inkişaf etdirməsinə imkan verən şəxsi layihənizi də həyata keçirəcəksiniz.
Proqram strukturu:
Başlama tarixi - Sentyabr 2021
Kampus – UE Innovation Hub
Təhsil haqqı: 90 ECTS & 120 ECTS: illik 13,188 € / 60 ECTS: illik 14,300 €
Müraciət etmək üçün tələsin, əziz tələbələr!
Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə
Əlaqə: 050 512 28 28 / 050 295 97 76
E-mail ünvanı: [email protected]
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.