10
Oktyabr
JW Marriott Absheron Hoteldə Azeri Student xaricdə təhsil şirkətinin təşkilatçılığı ilə 10 oktyabr 2021-ci il tarixində Beynəlxalq Təhsil Sərgisi baş tutacaq.
Beynəlxalq Təhsil Sərgisinə gələn ziyarətçilər xaricdə tədris olunan ixtisaslar, universitetlərin beynəlxalq əlaqələri, tələbələr üçün yaradılan xaricdə təhsil imkanları, ingilis dilli ölkələrdə təhsil haqqında məlumat ala biləcək, universitet və ixtisas seçimi ilə bağlı onları maraqlandıran sualları universitetlərin əməkdaşlarına ünvanlaya biləcəklər.
Sərgi çərçivəsində ABŞ, Böyük Britaniya, Almaniya, İspaniya, BƏƏ və digər ölkə nümayəndələri universitet, kollec, ümumi təhsil müəssisələri və təhsil mərkəzlərini təqdim edəcəklər. Ümumilikdə, sərgi çərçivəsində ziyarətçilərə bakalavriatura, magistratura, o cümlədən xarici dil kursları, təcrübə və treninqlər üzrə proqramlar təqdim edilir. Ziyarətçilər bilavasitə sərgidə aparıcı ali təhsil müəssisələrinin nümayəndələri ilə ünsiyyət quraraq qəbul prosesi, təhsil haqqı və digər məsələlərlə bağlı onları maraqlandıran suallara cavab almaq imkanı əldə edirlər.
Qeyd etdiyimiz universitetlərdən əlavə istənilən ingilis dilli universitetlərə qəbul qaydaları, tədris proqramları, xaricdə dil kursları, Top-up, foundation proqramaları haqqında Azeri Student konsultantları sizə ətraflı məlumat təqdim edəcəklər.
Qeyd: Sərgi zalına daxil olarkən 18 yaşından yuxarı hər bir iştirakçı Peyvənd Sertifikatını təqdim etməlidir.
DİQQƏT!!! Sərgidə iştirak üçün saytımızdan qeydiyyatdan keçməyiniz mütləqdir.
Sərginin zəngin məzmunu və təmin etdiyi beynəlxalq imkanlar haqqında daha ətraflı məlumat əldə etmək üçün bizimlə əlaqə saxlamağa tələsin!
Əlaqə: 050 295 97 75 / 050 254 03 27
E-mail ünvanı: [email protected]
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.