İsveçrədə Turizm və Qonaqpərvərlik təhsili! - GÖRÜŞ

12

Yanvar

  • Tarix: 12/01/2021 09:00 - 15/02/2021 09:00
  • Məkan: Online

Səyahətlə əlaqəli bir iş xəyal edirsiniz?

Öz restoranınızı açmağı və ya dünyaca məşhur bir otel şəbəkəsi yaratmağı planlaşdırırsınız? Hələ gələcək planlarınıza qərar verməmisiniz, ancaq insanlarla işləmək istəyirsiniz? Bu vebinar sizin üçündür! Bu gün əmək bazarında aktual mövzular və peşələr haqqında daha çox məlumat əldə etmək fürsətini qaçırmayın!

 

Dünya sürətlə dəyişir. Yeni nəsil məlumatları çox tez qəbul edir, amma bizim üçün ənənəvi olmayan yollarla. Pandemiya bütün sahələrin inkişafında dəyişikliklərə imzasın atdı. Təhsil artıq fərqlidir.

 

Vebinarda bu sualın cavabını İsveçrə universiteti BHMS-in nümayəndəsi təqdim etməyə hazırdır! Şagirdlərin təhsil zamanı nələrlə qarşılaşacaqlarını, BHMS-də hansı ixtisasların əldə edilə biləcəyini və onların real iş mühitində tətbiqindən söz açılacaqdır.

 

BHMS, İsveçrənin Lucerne şəhərində beynəlxalq turizm, idarəetmə məktəbidir. Burada hər tələbə təhsil alarkən təcrübə keçmə imkanı qazanır və məzunlar - dünyanın 4 bir yanından iş təklifləri alırlar!

 

Vebinara qoşulun! Suallarınıza cavab tapın:

  • Bugünkü təhsil və ona olan tələb necə dəyişir?
  • Otel və restoran biznesində müasir təhsil proqramları nələri əhatə edir?
  • Müştəri xidmətlərində hansı bacarıqlar daha vacibdir?
  • Təhsil proqramlarının geniş profili: BHMS məzunlarının karyera imkanları

 

Vebinarda iştirak üçün öncədən qeydiyyat mütləqdir!

 

QEYDİYYAT hissəsindən formanı doldura və ya bizimlə əlaqə saxlaya bilərsiniz.

E-mail ünvanı: [email protected]

Ünvanlar:

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: 050 512 28 28

Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: 050 295 97 76

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər