Kanada universitetləri 2022 tədris ili üçün qəbul prosesini açıq elan edir.

30

Sentyabr

  • Tarix: 30/09/2021 10:00 - 30/09/2021 19:00
  • Məkan: 8 noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Simon Fraser University və Wilfrid Laurier University-dən scholarship fürsətləri.

Kanada zəngin mədəni quruluşu, keyfiyyətli təhsil müəssisələri və iqtisadi qiymətləri baxımından tələbələr üçün çox cəlbedici bir seçimdir. Kanada, dünyanın ən təhlükəsiz 3-cü ölkəsi olması və ali təhsil alan tələbələrə verdiyi iş icazəsinin asanlığı sayəsində, tələbələr tərəfindən ən çox seçilən ölkələr arasındadır. Bunun xaricində, Kanadanın təhsilə verdiyi dəyərə görə, akademik səviyyəsi yüksək olan universitetlərdən alacağınız ali təhsil diplomu dünyanın bir çox ölkəsi və Azərbaycan tərəfindən tanınır.

Əziz tələbələr nəzərinizə çatdırmaq istəyirik ki, yanvar ayından etibar 4 Kanada universiteti həm oflayn olaraq, həm də fərdi şəkildə təhsil prosesini açıq elan edir. Zamanında viza ala bilməyən və ya hər hansı bir səbəbdən uça bilməyəcək tələbələr üçün onlayn təhsil almaq seçimi artıq mövcuddur. Düşünürük ki, Kanada da təhsil almaq istəyən tələbələr üçün bu seçim əsil fürsətdir. Əlavə yaşayış xərci ödəmədən Kanadada təhsil imkanı.

 

Əlavə olaraq scholarship təklif edən universitetləri sizə təqdim edirik:

  • Simon Fraser University 3.500 CAD dəyərində endirim təklif edir. Bu scholarship-i almaq üçün universitetə qəbul almalı, onu təsdiqləməli və 2022 -ci ilin yanvar və ya may aylarında təhsilə başlamalısız. Bundan əlavə Simon Fraser University təhsilin birinci ili üçün təhsil haqqının 10%-i məbləğində endirim təklif edir! Endirim, təhsilinə 2022 -ci ilin sentyabr ayında başlamağı planlaşdıran tələbələr üçün keçərlidir.

 

  • Wilfrid Laurier University isə tələbələrə 3000 CAD dəyərində scholarship təklif edir. Bu endirim, təhsilinə 2022 -ci ilin sentyabr ayında başlamağı planlaşdıran tələbələr üçün keçərlidir. Bu scholarshipi əldə etmək üçün tələbələr Wilfrid Laurier University-dən qəbul almalı, Wilfrid Laurier University nümayəndəsi ilə ingilis dilində müsahibədən keçməlidir.


Qeyd edək ki, Kanada universitetlərinə 2022-ci ilin yanvar, may və sentyabr ayları üçün tələbələrin qəbul prosesi davam edir. Bununla yanaşı, Kanada universitetinin nümayəndələri 10 oktyabr 2021 təhsil sərgisinin qonağı olacaqdır.

 

Kanada universitetləri haqqında daha ətraflı məlumat üçün Azeri Student komandası ilə əlaqə saxlaya bilər, sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər