Kanadada həyat. Kollec sistemi & Seneca College - Master class

29

İyul

  • Tarix: 29/07/2020 19:00 - 29/07/2020 20:00
  • Məkan: Online

Kanadanın ən nüfüzlu kollec nümayəndəsindən təhsil proqramları və tələbə həyatı haqqında master class sizləri gözləyir! 29 İYUL saat 19:00-da hər kəs dəvətlidir!

Hər cür təbii ehtiyatının olduğu Kanada dunyanın Rusiyadan sonra ən böyük ikinci ərazisinə sahib, əhalisi 32 milyon olan cox zəngin bir ölkədir. Həyat səviyyəsinə görə qonşu dövlətlərlə müqaisədə ilk beşinci sıraya girə  bilən Kanada, bununla yanaşı Toronto, Montreal, Vankuver kimi şəhərləri dünyanın yüksək səviyyəli və əmniyyətli şəhərləri ilə müqayisədə hər il ən üst sıraları tutur.

Kanadada 55 universitet mövcuddur. Bu universitetlərdən 27-si dünyanın ilk 500 universitetinin sırasında yer alır, digər 19-u isə dünya sıralamasında ilk 500 universitetin siyahısındadır.  Universitetin ərazisində üç, bəzəndə dörd fərqli yataqxana binası yerləşir.

Kanadada balalvr dərəcəsi oxumaq üçün TOEFL IBT 90, IELTS 6.5 tələb olunur. Magistr oxumaq istəyənlər isə TOEFL IBT 100, IELTS 7.0 nəticəsinə sahib olmalıdırlar. Bu göstəricilər universitetdən asılı olaraq dəyişə bilər. İxtisasdan və universitetdən asılı olaraq GMAT, GRE kimi əlavə imtahanlar da tələb oluna bilər.

Əgər siz də Kanadada yaşam və təhsil haqqında düzgün və geniş məlumat əldə etmək istəyirsinizsə, 29 İYUL saat 19:00-da baş tutacaq ONLINE master class-a qatılmağınızı təklif edirik. Görüş Kanadanın ən nüfuzlu kollecləri sırasında yer alan Seneca College nümayəndəsi Tarık Sökmen tərəfindın həyata keçiriləcək.

Seneca College Toronto 1967-ci ildə təsis edilmiş ən böyük və ən məşhur kolleclərdən biridir. Sözügedən təhsil ocağında dünyanın 120 ölkəsindən 5.500 üzəri tələbə təhsil alır. Kanadada ən böyük və ən çox qiymətləndirilən dövlət kolleci hesab olunur. Nəzəri biliklər ilə birləşdirilmiş praktiki təlim, məzun olduqdan sonra iş tapmaq üçün maksimum şanslar yaradır. Kanada əmək bazarında Seneca College məzunları və yetişmış mütəxəssisləri tələb olunur. Müəllimlərin əksəriyyəti elmlər doktoru və magistr elmi dərəcəsinə malikdir.

Uğura aparan yolu seçin, görüşə qatılın! İştirak üçün qeydiyyat mütləqdir!

Ətraflı məlumat üçün: 050 291 79 72 

Ünvanlarımız:
Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135.
Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501.

 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.