ONLINE SEMİNAR - UNIVERSITY OF READING - DÖVLƏT PROQRAMI

14

İyun

  • Tarix: 14/06/2022 17:00 - 14/06/2022 18:00
  • Məkan: ONLINE SEMİNAR

14.06.2022

QS World Rankings 2020-yə görə dünyanın ən yaxşı 20, Böyük Britaniya universitetləri arasında isə 29-cu yerdə olan University of Reading qlobal əhəmiyyətli təhsil və tədqiqat mərkəzi kimi tanınır.

Universitetin tədqiqatlarının 98%-i beynəlxalq səviyyəyə uyğundur, hazırda universitet tədqiqat intensivliyinə görə Böyük Britaniyada 19-cu yerdədir. Complete University Guide tərəfindən seçilmiş ən yaxşı 10 ixtisas isə aşağıdakılardır: 

 

Agriculture & Forestry; 

Aural & Oral Sciences; 

Food Science; 

Town & Country Planning 

Landscape Design

 

Reading Universitetinin bir hissəsi Henley Business School üçlü akkreditasiyaya (AACSB, AMBA, Equis) malik olub dünyanın aparıcı biznes məktəblərindən biridir. 

Reading University STEM Learning ilə əməkdaşlıq edərək hər kəsin, o cümlədən gənclərin dəyişən iqlim şəraitində dünyəvi əhəmiyyətə malik problemləri həll etmək üçün önəmli heasab edilən bilik və bacarıqlara yiyələnnməsi üçün Böyük Britaniyadakı məktəb və kolleclərə dəstək olaraq bu proyektə rəhbərlik edir. Climate Ambassador Scheme iqlim və davamlılıq ekspertlərini ibtidai və orta məktəblər, eləcə də  Further Education kollecləri ilə əlaqələndirir. Böyük Britaniyanın müxtəlif yerlərində yerləşən universitetlərin və tədqiqat mərkəzlərinin iqlim səfirləri müəllimlərə, məktəb və kollec rəhbərlərinə, təhsil sistemində iştirak edən hər kəsə ödənişsiz dəstək və təlimat verir.

 

Əziz tələbələr sizə bildirmək istərdik ki,  University of Reading dövlət proqramına daxil olan universitetlər siyahısındadır. Universitet haqqında daha ətraflı məlumat əldə etmək üçün sizi 14 iyun saat 17:00'da keçiriləcək online seminara dəvət edirik.

 

Əvvəlcədən qeydiyyatdan keçmək şərti ilə iştirak ödənişsizdir.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 254 03 27 / 050 254 03 29

E-mail ünvanı: [email protected]

 

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil Almış Tələbəmizdən Məsləhətlər

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər