ONLINE SEMİNAR - University of Strathclyde - DÖVLƏT PROQRAMI

17

May

  • Tarix: 17/05/2022 17:00 - 17/05/2022 17:00
  • Məkan: ONLINE SEMİNAR

17 may saat 17:00

Əziz tələbələr sizə bildirmək istərdik ki, University of Strathclyde dövlət proqramına daxil olan universitetlər siyahısındadır. Universitet haqqında daha ətraflı məlumat əldə etmək üçün sizi 17 may saat 17:00'da keçiriləcək online seminara dəvət edirik.

“QS World University Rankings” göstəricilərinə əsasən top 300-də yer alan “University of Strathclyde” Böyük Britaniyanın Şotlandiya əyaləti, “Glasgow” şəhərində yerləşən ictimai tədqiqat və aparıcı texnologiya universitetidir. Universitet “Times Higher Education Awards” tərəfindən 2012 və 2019-cu illərdə ilin universiteti seçilmişdir. 

“Glasgow” şəhərinin ən qədim ikinci universiteti olan “University of Strathclyde” dünyanın 100 ölkəsindən 23 mindən çox xarici tələbələrə ev sahibliyi edir. 

Universitetin “Engineering”, “ Humanities & Social Sciences”, “Science”, “Strathclyde Business School” kimi fakültələri mövcuddur, tədris kurrikulumu isə  “Architecture”, “Law”, “Physics”, “Accounting & Finance” kimi kurslardan ibarət olub geniş dərs diapazonuna malikdir.  

Təhsil haqqı bakalavr səviyyəsi üçün 15000-24000, magistr tələbələri üçün isə təqribi olaraq 24000 funt sterlinq təşkil edir. Bununla yanaşı, “University of Strathclyde” tələbələrə bir sıra “scholarship”-lər də təklif edir. 

“University of Strathclyde” kampus olaraq tələbələri ev rahatlığı ilə təmin edir. Universitetin kampusu şəhərin ən gözəl və mərkəsi küçələrindən birində yerləşir. 

Londona sadəcə bir saatlıq uçuş məsafəsində olan dünyanın ən prestijli universitetlərindən biri haqqında daha ətraflı məlumat əldə etmək üçün online seminarı qaçırmayın.

 

ONLINE SEMİNAR 17 may saat 17:00-da baş tutacaq.

Əvvəlcədən qeydiyyatdan keçmək şərti ilə iştirak ödənişsizdir.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 254 03 27 / 050 254 03 29

E-mail ünvanı: [email protected]

 

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil Almış Tələbəmizdən Məsləhətlər

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər