ONLINE SƏRGİ GÜNÜ - Xaricdə Təhsil!

11

Yanvar

  • Tarix: 11/01/2021 09:00 - 11/01/2021 09:00
  • Məkan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135: Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501

Azeri Student sizləri bu il online şəkildə baş tutacaq Xaricdə Təhsil Sərgisinə dəvət edir! Sərgi sonunda siz, artıq bilik və istəklərinizə uyğun olaraq ideal xaricdə təhsil planını formalaşdırmış olacaqsınız. Ekspertlərlə danışıq zamanı fərqli ölkələrdə təhsil ilə bağlı ən xırda detalları öyrənərək düzgün təhsil müəssəsi seçimi etmək imkanı əldə edəcəksiniz!

Xaricdə təhsil nədir? Bu yolda əsas məqsəd hansı olmalıdır?

 

Bilik vermək ya sərbəst düşünmək bacarığını formalaşdırmaq? Mütəxəssis yetişdirmək ya uğurlu karyera qurmaq üçün lazımi bacarıqları inkişaf etdirmək? Xaricdə təhsil - adi təhsildən daha böyük bir uğurdur! Dünya diplom - böyük bir həyat məktəbi və saysız imkanlar deməkdir!

  • Beynəlxalq təhsil - sərbəst bir şəxsiyyət yetişdirir, hansı ki, real həyatda onu gözləyəcək bütün çətinliklərlərin üstəsindən gələ biləcək.

  • Keyfyyətli xaricdə təhsil peşəkar bacarıqlarla yanaşı, həm də sosial inkişafınıza da təkan verir ki, bu isə sizə həyat yolunuzda yalnız bir sahə üzrə əldə olunmuş bilik və bacarıqlardan daha çox köməklik edəcəkdir.

  • Yaxşı təhsil cəmiyyətin tələblərini üstələyərək, bir şəxsiyyəti işıq sürətilə dəyişən dünyamıza hazırlayır, adaptasiya və sağlam düşünmə bacarıqlarını inkişaf etdirir.

 

Və bunlar dünya ölkələrinin təklif etdiyi təhsilin verə biləcəyi yegənə üstünlüklər deyil! Hər bir fərqli ölkənin mədəniyyəti və adət-ənənələri, havası, təbiəti, sosial-iqdisadi inkişafı - oradakı təhsilə özünəməxsus özəllik qatır.

 

Xaricdə təhsil sərgisində növbəti ölkələrdə təhsil və mədəniyyət fərqini özünüz hiss edəcəksiniz:

  • Böyük Britaniya

  • ABŞ

  • Kanada

  • İsveçrə

  • Hollandiya

  • Almaniya

  • Avstraliya

  • Yeni Zelandiya

  • İtaliya

  • İspaniya

  • İrlandiya

  • İsveç

  • Fransa

  • Avstriya

  • BƏƏ

  • Belçika

  • Macarıstan

  • Çexiya

 

Sərgi zamanı sizi nələr gözləyir:

  • Dünyanın TOP universitetlərində ali təhsil (Bakalavr / Magistratura/ PhD).

  • Ən prestijli özəl məktəb-pansionlarda orta təhsil.

  • Arzuladığınız universitetə uğurlu qəbul üçün hazırlıq proqramları (IB/A-level/ Foundation)

  • Uşaqlar üçün yay/dil düşərgələri, eləcə də böyüklər üçün dil kursları (ümumi və xüsusi seçilmiş istiqamətlərdə).

 

Qeydiyyatdan keçin və bütün ailənizlə birgə informativ online təhsil sərgimizə siz də qatılın!

 

Tədbirimizin həm valideynlərə, həm gələcək seçimində qərarsız olan məktəblilərə, həm də təhsilini daha uğurlu pillələrə yüksəltmək istəyən məzunlara faydalı və yaddaqalan bir gün olacağından əmin ola bilərsiniz.

*Giriş tamamilə sərbəstdir!

*XÜSUSİ QEYD: qeydiyyatdan keçməyi unutmayın!

 

Sərgidə iştirak etmək üçün QEYDİYYAT hissəsindən formanı doldura və ya bizimlə əlaqə saxlaya bilərsiniz.

 

E-mail ünvanı: [email protected]

Ünvanlar:

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: 050 512 28 28

Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: 050 295 97 76

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər