Oxford şəhərində güzəştli təhsil! - Nümayəndə ilə GÖRÜŞ

02

Mart

  • Tarix: 02/03/2021 19:00 - 02/03/2021 20:00
  • Məkan: Online

Ən qədim təhsil şəhərlərindən birində təhsil necə səslənir? Yalnız BİR gün! 2 Mart, saat, 19:00-da hər kəsi Oxford Brookes Universitetinin rəsmi nümayəndəsi ilə görüşə dəvət edirik!

Oxford - dünyanın ən tanınmış təhsil mərkəzlərindən biridir. Bu şəhər bir çox parlaq zehinlər, yenilikçi araşdırmalar və heyrətamiz kəşfləri ilə məşhurdur. Əhalinin demək olar ki, dörddə biri tələbələrdən ibarət olduğu üçün, burada hər bir kəsin zövgünə uyğun əyləncə tapmaq mümkündür: inanılmaz muzeylər, qalereyalar, parklar, pablar və restoranlar. Oxford Londondan yalnız bir saat məsafədədir.

 

Oxford Brookes University isə tədris keyfiyyətinə, möhtəşəm tələbə həyatına və biznes / iqdisadiyyat dünyası ilə sıx əlaqələrinə görə dünyaca yüksək nüfüza sahib olan Böyük Britaniyanın aparıcı universitetlərindən biridir. Universitet sizə yalnız tədris dərəcəsi deyil, həm də seçdiyiniz sahə üzrə gələcək beynəlxalq karyaranız üçün fundamental bacarıqlar və qlobal təcrübə qazandırır.

 

Oxford Brookes aşağıdakı sahələr üzrə beynəlxalq tələbələrə unikal undergraduate və postgraduate proqramlar təklif etməkdədir.

  • Oxford Brookes Business School

  • Faculty of Health and Life Sciences

  • Faculty of Humanities and Social Sciences

  • Faculty of Technology, Design and Environment

 

Hal-hazırda beynəlxalq tələbələrə özəl Early Bird Scholarship aksiyası davam etməkdədir. Belə ki, siz 15 Aprel 2021 tarixinə qədər universitetdən qəbul alıb depozit ödənişini həyata keçirsəniz, təhsil haqqı ödənişinə £2,000 endirim qazanacaqsınız! Dərslərə Sentyabr 2021-dən start veriləcək.

 

Niyə məhz Oxford Brookes?

  • Son 50 ildə fəaliyyət göstərən unversitetlər arasında artıq 4 ildir ki, ard-arda TOP 50 siyahsında yer alan yeganə Britaniya universitetidir (QS World University Rankings Top 50 Under 50 2021).

  • UK universitetləri arasında TOP 50 daxildir (Complete University Guide 2021).

  • Tələbələrin 16%-ni 140 üzəri ölkədən olan beynəlxalq tələbələr təşkil edir (HESA 2018/19).

  • Tədris keyfiyyətinə görə Britaniyada 2-ci yerdədir (Times Higher Education Young University Rankings 2020).


 

İxtisaslar üzrə:

  • Universitetin qlobal MBA proqramı 2020 reytinq sıralamasında TOP 20 siyahısındadır (QS Online MBA Rankings).

  • 13 ayrı ixtisas üzrə dünyanın TOP universitetləri arasında reytinq sıralaması:

  1. Accounting and Finance

  2. Architecture & Built Environment

  3. Biological Sciences

  4. Business & Management Studies

  5. Computer Science & Information Systems

  6. Economics & Econometrics

  7. Education

  8. Engineering – Mechanical, Aeronautical & Manufacturing

  9. English Language and Literature

  10. Hospitality & Leisure Management

  11. Law

  12. Modern Languages

  13. Politics & International Studies

(QS World University Rankings by Subject 2020)

 

Tədris zamanı təklif olunan təcrübə imkanları:

  • Apple 

  • BMW Mini 

  • F1 Ferrari 

  • Ernst & Young 

  • Four Seasons 

  • Grant Thornton 

  • Mars 

  • Microsoft 

  • Pepsico 

  • Warner Bros

 

Oxford Brookes haqqında universitetin rəsmi nümayəndəsini dinləmək istərdinizmi Alexsandra Sena 2 Mart, saat 19:00-da hər birinizin evinə qonaq gələcək! Online (GoToMeeting platforması vasitəsilə) görüşə qatılmaq üçün öncədən qeydiyyat mütləqdir. Giriş sərbəstdir.

 

Siz də görüşə qatılın və Britaniya xəyalınıza bir addım daha yaxın olun!

 

Ünvanlarımız:

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: 050 512 28 28

Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər