Pandemiya sonrası tələbələrin aqibəti! GÖRÜŞ

16

May

  • Tarix: 16/05/2020 12:00 - 16/05/2020 18:00
  • Məkan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135.

Bu şənbə bütün suallarınıza cavab tapacaqsınız! Saat 12:00-18:00 arası hər birinizi ofisimizdə gözləyirik.

Dünyanı bürüyən pandemiya dəhşəti bir çox qlobal sahələrlə yanaşı, beynləlxalq təhsil aləmindən də yan keçmədi. Bu dəyişimin mənfi nəticələri ilə yanaşı müsbət təsirləri də az olmadı. Online təhsil təcrübəsi, yeni texnologiyaların tədbiqi və s. kimi yeniliklər bu ağır dövrdə bir çox ilklərə addım atmağa şərait yaratdı.

Bəs pandemiya sonrası etapda dünyanın müxtəlif təhsil müəssisələrində təhsil xəyalında olan məktəbliləri, tələbələri və onların valideynlərini nə kimi çətinliklər və yeniliklər gözləyir? Qəbul prosesi hansı yöndə dəyişiləcək? Online rejimdən real tədris rejiminə keçid nə zaman tədbiq olunmağa başlayacaq?

Bu və daha onlarla cavabsız sualları yanıtlamaq üçün hər birinizi bu şənbə baş tutacaq konsultasiya gününə dəvət edirik! Görüş zamanı siz Böyük Britaniya, Hollandiya, İsveçrə və bir çox ingilisdilli ölkələrdə ali təhsil ilə bağlı karantin sonrası bütün yeniliklər, qəbul prosesi, odəniş şərtləri və s. detallarla bağlı geniş məlumat ala biləcəksiniz.

Qatılmaq üçün özünüzə uyğun vaxtı seçərək görüş təyin edə və ya ümumi qeydiyyatdan keçə bilərsiniz.

Daha geniş məlumat üçün əlaqə saxlayın: +994 50 512 28 28

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.