Sehirli və əyləncəli yay kursları!

20

İyun

  • Tarix: 20/06/2021 10:00 - 20/06/2021 19:00
  • Məkan: Nobel pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

St Giles ilə ingilis dilini öyrənərək, İngiltərəni kəşf edin!

Hər il 100-dən çox ölkədən 10.000 tələbə yeni bir dil öyrənmək üçün St Giles-ı seçir. 1955-ci ildə qurulmuş St Giles, hər yaşdan, dünyanın hər yerindən olan insanlar üçün mükəmməl bir təhsil təmin edən 65 illik təcrübəyə sahibdir.

Mərkəzlərin hər biri hamının marağına cavab verən misilsiz görməli yerlərə ev sahibliyi edir. Nəticə etibarilə tələbələr təhlükəsiz bir mühitdə sosial proqramlar sayəsində yeni dostlar qazanaraq ingilis dili biliklərini inkişaf etdirə bilirlər. Burada tələbələrimiz sinif xaricində səhərləri yoga və gecələri viktorina kimi əyləncəli fəaliyyətlərlə məşğul olurlar.

 

St Giles İngilis dili və Sehirbazlıq Məktəbi

 

Tarix: 5 iyul 2021

 

Bu maraqlı bir həftəlik kurs ingilis dili, sehirbazlıq dərsləri və əyləncəli Harry Potter mövzulu fəaliyyətləri birləşdirir. Şagirdlər burada yeni dostluqlar quraraq, ingilis dilini inkişaf etdirərkən Harry Potter və dostlarının sehirli dünyasını araşdırmaq fürsəti əldə edəcəklər!


 

Secret London: London Highgate-də 14-18 yaşlı şagirdlər üçün təcrübələrlə zəngin ingilis dili kursu

 

Tarix: 21 iyun - 26 iyul tarixləri ərzində, hər bazar ertəsi.

 

Secret London kursları şagirdlərə Londonda yaşayaraq ingilis dili biliklərini inkişaf etdirmə şansı təqdim edir. Həftədə 20 dərs keçirilir. Bu vaxtın bir hissəsi şəhər gəzintilərində dil bacarıqlarının inkişafına sərf ediləcəkdir. Həftə sonları da unikal şəhər ekskursiyaları təşkil olunacaqdır.

 

Daha ətraflı məlumat üçün Azeri Student mütəxəssislərinə müraciət edə bilərsiniz.

 

Əziz şagirdlər və valideynlər, sizinlə görüşməyi səbirsizliklə gözləyirik!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi
[email protected]ristudent.az

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər