Sən də Istituto Marangoni təqaüd müsabiqəsinə qoşul, adını Vogue istedadları sırasına yazdır!

07

İyun

  • Tarix: 07/06/2021 10:00 - 07/06/2021 19:00
  • Məkan: Nobel pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Istituto Marangoni yeni “Məsuliyyətli təkamül” adlı Global Vogue Talents Təqaüd Müsabiqəsini elan edir.

Bu təqaüdü qazanmaq üçün namizədlərdən moda, dizayn və ya incəsənət sahələrində rəqəmsal texnologiyaların istifadəsinə yönəlmiş bir layihə hazırlanması tələb olunur. Layihənin məqsədi ‘Rəqəmsal transformasiya və yeniliyin sənayenin daha məsuliyyətli bir modelə çevrilməsinə necə kömək edə biləcəyini’ vurğulamaqdır.

 

İştirakçılar aşağıdakı mövzulardan birini təhlil edərək moda, dizayn və incəsənət sahələri üçün problem həll edən bir yanaşma tətbiq edərək layihələrini inkişaf etdirə bilərlər:

  • ənənələrin yenilikçi sənətkarlıqla necə birləşdirilə biləcəyi;

  • düşüncəli bir gələcək üçün vasitə olaraq təbiətin və cəmiyyətin geri dönüşümü;

  • rəqəmsal rabitənin müasirlik konsepsiyasını necə gücləndirdiyini.

 

Bu müstəsna və xüsusi kampaniya bütün AB Məktəbləri (oktyabr, 2021 qəbulu) təhsil mərkəzlərini əhatə edir.

 

Istituto Marangoni, üç illik kurslar və magistr kursları (2021-ci ilin payız qəbulu) üçün 50% təhsil haqqından (qeydiyyat haqqı həmişə tam alınacaqdır) ibarət maksimum 14 təqaüd təklif edəcəkdir.

 

Layihə müxtəlif formatlarda inkişaf etdirilə bilər: video animasiyalar, PowerPoint təqdimatları, musiqili və ya səsli bir prototip portfel, foto slayt şou / qalereya, bir hərəkət videosu və ya sadə bir video hekayəsi ərizəçinin fikrini göstərmək üçün yetərlidir.

 

Seçilmiş tələbələr, 2021-ci ilin oktyabr ayından etibarən Milan (Moda və Dizayn), Florensiya, London və Parisdəki məktəblərdə üç illik proqramlar və magistr proqramları üçün təhsil haqlarına % 50 endirim alacaqlar. Bu xüsusi kampaniya Akademik Qərargah tərəfindən mərkəzləşdirilmiş şəkildə idarə ediləcəkdir.

 

Əziz şagirdlər, tələbələr və valideynlər, sizinlə görüşməyi səbirsizliklə gözləyirik!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər