Sənətlə yaşayan və nəfəs alan bir şəhərdə təhsil və scholarship imkanları

17

Sentyabr

  • Tarix: 17/09/2021 10:00 - 17/09/2021 19:00
  • Məkan: 8 noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Əsrlər boyu İtaliya, bütün sənət dünyasının ilk əsas dayanacağı olmuşdur. Eynilə, bu günkü müasir sənət sahələri və təhsilində də bu ölkə əvəzsiz yer tutur.

1980-ci ildə İtaliyanın Milan şəhərində qurulan NABA-Nuova Accademia Di Belle Arti Milano, İtaliyanın ən yaxşı, özəl dizayn məktəblərindən biridir. 2011–2012-ci tədris ilindən etibarən ingilis dilində universitet proqramları təqdim etməyə başlamışdır. NABA-da hər il 60 fərqli millətdən təxminən 2000 tələbə təhsil alır. NABA Laureate International Universities təlim qrupunun bir hissəsi olaraq geniş bir beynəlxalq şəbəkəyə malikdir. NABA tələbələrə ingilis dilində foundation, bakalavr, magistratura və yay məktəbi proqramları təklif edir.

 

Akademiya 2021-ci ildən etibarən Best Italian Academy of Art & Design titulunun sahibidir.

 

Nəzərinizə çatdırmaq istəyirik ki, NABA 2022 fevral ayı qəbulu üçün yeni scholarship müsabiqəsini təqdim edir.

Bakalavr proqramları üçün NABA müsabiqəsi

NABA, Milan və ya Roma kampusunda 2022-ci il fevral ayından başlayaraq, bakalavr təhsili almaq istəyən tələbələr üçün 25% - ə qədər təhsil xərclərini əhatə edən scholarship təklif edir.

Müsabiqə portfolio əsasında keçirilir. Müsabiqədə iştirak etmək istəyən tələbələr ərizə materiallarını 17 sentyabr 2021-ci il tarixindən gec olmayaraq göndərməlidirlər. Endirim əldə etmiş namizədlər rəsmi məlumatdan sonra 7 gün ərzində qeydiyyatdan keçməlidirlər.

 

Magistr proqramları üçün NABA müsabiqəsi

NABA, 2022-ci ilin fevral ayından başlayaraq iki illik “masters of arts” magistr proqramlarına qatılmaq istəyən tələbələr üçün təhsil haqqının 50% -ə qədərini əhatə edən scholarship təklif edir. Müsabiqə portfolio əsasında keçirilir.

Müsabiqəyə qatılmaq istəyən tələbələr, ərizə materiallarını 1 Oktyabr 2021 tarixindən gec olmayaraq təqdim etməlidirlər. Endirim əldə etmiş namizədlər 19 Oktyabr 2021 tarixindən gec olmayaraq qeydiyyatdan keçməlidirlər.


 

Bakalavr proqramları: 3 illik Bachelor of Arts Degrees (BA) 180 credits

Bachelor of Arts in Design 

Bachelor of Arts in Graphic Design and Art Direction 

Bachelor of Arts in Fashion Design

Bachelor of Arts in Media Design and Multimedia Arts 

Bachelor of Arts in Painting and Visual Arts

Bachelor of Arts in Set Design 

Bachelor of Arts in Creative Technologies

 

Magistr proqramları: 2 illik Master of Arts Degrees (MA) 120 credits

Master of Arts Visual arts and Curatorial Design 

Master of Communication Design 

Master of Fashion and Textile Design 

Master of Arts in Interior Design 

Master of Arts in Product Design 

 

1 illik Master Program 60 credits

Master in Creative Advertising 

Master in Photography and Visual Design

Master in Contemporary Art Markets


 

Milan və Roma Kampusunda keçirilən yay kursları

Fashion Design Area 

Fashion Culture: Roma and Milan 

Fashion Design: From Haute Couture to Pret-A-Porter

 

Visual Arts Area

Sketching Around: Milan and Rome 

Travel Photography: From Rome to Milan

Art Discovery: From Classical to Contemporary

 

Xüsusi proqramlar

• Diploma Programs

• Certificate Programs

• Preparatory Semester in Design

• Arts and Design Foundation Year

 

NABA haqqında daha ətraflı məlumat üçün Azeri Student komandası ilə əlaqə saxlaya bilər, sizi maraqlandıran suallara cavab tapa bilərsiniz.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər