Son qatarı qaçırma! - GÖRÜŞ

08

May

  • Tarix: 08/05/2021 10:00 - 08/05/2021 16:00
  • Məkan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Sizləri düşünərək, gələn həftə sonu, yəni 8 May, saat 10:00-16:00 arası bütün şagirdləri, tələbələri və onların valideynlərini ofisimizdə baş tutacaq “Dünyanın aparıcı universitetlərinə necə qəbul olmaq olar!” adlı konsultasiya gününə dəvət edirik!

Apаrıcı universitetlərin bir çoxu 2021 tədris ilinə sənəd qəbulunu artıq dayandırıb. Lakin Siz, hər hansı səbəbdən xarici universitetlərə bu il üçün hələ müraciət edə bilməmisinizsə, üzülməyin.
 
Sizləri düşünərək, gələn həftə sonu, yəni 8 May, saat 10:00-16:00 arası bütün şagirdləri, tələbələri və onların valideynlərini ofisimizdə baş tutacaq “Son qatarı qaçırma - Dünyanın aparıcı universitetlərinə necə qəbul olmaq olar!” adlı konsultasiya gününə dəvət edirik!
 
Bu görüşdə Siz, peşəkar və artıq yüzlərlə tələbəyə dəstək olmuş təhsil məsləhətçilərimizdən qəbul haqqında hər bir məlumatı: deadline’lar, tələblər, şərtlər, imtahanlar və daha çoxu haqqında öyrənə biləcəksiniz.
 
Qeyd edək ki, vaxtınıza qənaət edə və sırf sizə uyğun olan proqramlar haqqında geniş məlumat əldə edə biləsiniz deyə, görüşlər individual şəkildə tərtib olunacaq. Bunun üçün sadəcə tədbirə qeydiyyatdan keçməyiniz və təhsil planlarınızla bağlı qısa qeydlər saxlamağınız kifayyətdir.
 
Konsultasiya günündə nələr əldə edəcəksiniz:

  • Hələ qəbulu davam edən dünya universitetləri (ABŞ, İngiltərə, Hollandiya, İspaniya, İsveçrə və s.) ilə bağlı geniş məlumat
  • Qəbul şərtləri və tələblər
  • Yalnız Azeri Student tələbələrinə özəl endirimlər haqqında məlumat və s.

 
Əgər İngilis dili səviyyəniz qəbul üçün kifayyət etmirsə, onu da dərd etməyin. Azeri Student nəzdində fəaliyyət göstərən Xarici Dil Mərkəzinin peşəkar müəllimləri sayəsində Siz, intensiv şəkildə sizə lazım olan imtahan nəticəsini toplaya biləcəksiniz. SAT, IELTS, TOEFL və daha bir çox beynəlxalq sertifikatı əldə etmək Sizin üçün artıq daha əlçatan olacaq!


 
Görüşə qatılmaq üçün yeganə tələb QEYDİYYATDIR! Giriş sərbəstdir.

 

Tarix: 8 May, 10:00-16:00

Məkan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

 

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər