10
Oktyabr
Dünyanın ən yüksək yaşayış imkanlarına malik ölkəsi olan İsveçrə yüksək əmək haqqı və sabit iqtisadiyyatı ilə hər zaman seçilir. Nestlé, Swatch, Novartis, Roche, Logitech, Rolex kimi qlobal şirkətlərə ev sahibliyi edən ölkə həmçinin öz tələbələrinə dünya səviyyəsində tanınan təhsil təklif edir.
Keyfiyyətli təhsil və beynəlxalq karyera axtarışında olan hər kəsi Oktyabrın 10-u, həftənin şənbə günü, Bakı Ağ Şəhər Ofis Binasında baş tutacaq qapalı tədbirdə iştirak etməyə dəvət edirik. Görüşdə ən prestijli İsveçrə universitetlərinin rəsmi nümayəndələri sizlərə Alp ölkəsində təhsilin yaradacağı imkanlardan danışacaqlar.
Görüşə nələr daxildir:
İsveçrə universitetlərinin əksəriyyətində nəzəri təhsilin aparıcı sənaye şirkətlərində təcrübə ilə birləşdiyini bilirdinzmi? Yəni təlimin sonunda siz beynəlxalq şirkətlərdə təcrübə qazanmış olacaqsınız (minimum 1 il). Eləcə də, bu ölkədə məktəb oxumaqla siz, və ya övladınız İsveçrə pasportunun sahibi ola bilər. Qeyd edək ki, İsveçrə pasportu ilə 142 ölkəyə vizasız səfər etmək olar.
Bu və digər fürsətlər barədə siz, 10 Oktyabr günü Isveçrənin ən nüfuzlu universitetlərinin nümayəndələrindən eşidəcəksiniz. Qeydiyyatdan keçməyə tələsin - iştirakçıların sayı məhduddur.
Bakalavr pilləsi üçün təhsil və yaşam xərcləri: 32,500 CHF-dən başlayaraq
Tələblər:
Attestat
IELTS 5.0 və ya beynəlxalq ekvivalenti
17 yaş və üzəri
LAKİN! Sadalanan meyarlar sizin göstəricilərinizlə üst-üstə düşmürsə, üzülməyə tələsməyin! Çünki sizin 10 həftəlik hazırlıq proqramına qatılmaq fürsətiniz də var. Foundation programını başa vurduqdan sonra siz Bakalavr pilləsinə asanlıqla keçid ala biləcəksiniz.
Magistr və MBA proqramları üçün təhsil və yaşam xərcləri: 34,500 CHF-dən başlayaraq
Tələblər:
Hər hansı bir sahədə Bakalavr dərəcəsi
IELTS 6.0 və ya beynəlxalq ekvivalenti
2-3 il iş təcrübəsi (yalnız MBA üçün)
Ətraflı məlumat üçün əlaqə saxlaya bilərsiniz: +994502917972
Ünvan: Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə (Regus), Azeri Student ofisi
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.