Tibb sahəsi üzrə təhsil seminarı Queen’s University Belfast

16

Sentyabr

  • Tarix: 16/09/2021 10:00 - 16/09/2021 19:00
  • Məkan: 8 noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

2022-ci ilin sentyabr qəbulu ilə maraqlanan beynəlxalq tələbələr üçün

Queen’s University Belfast, 1849-cu ildə "Queen's College Belfast" olaraq təhsilə qapılarını açan Şimali İrlandiyanın ən əhatəli tədqiqat universitetidir. 1908-ci ildə universitet adı almışdır. Queen's Times Higher Education tərəfindən dünyanın ən yaxşı 25 beynəlxalq universiteti sırasına daxil edilmişdir. Tələbə məmnuniyyəti baxımından İngiltərənin ən yaxşı 12 universitetindən biridir.

Sunday Times Universitet Bələdçisi, əczaçılıq şöbəsini 2013-cü ildə İngiltərədəki ən yaxşı əczaçılıq məktəbi olaraq sıralamışdı. Queen's University Belfast, tələbələrinə akademik sahədə 300-dən çox bakalavr və aspirantura proqramı ilə geniş bir akademik spektr təqdim edir. Queen's, yenilikçi və açıq fikirli təhsil yanaşması ilə tələbələrin akademik olaraq özlərini inkişaf etdirmələri üçün bir çox variant təklif edən köklü bir ingilis universitetidir.

İrlandiyanın məşhur şəhərlərindən biri olan Belfastda həyat iqtisadi cəhətdən də çox rahatdır. Belfast, yaşıllığı bol olan, nəqliyyatın problem olmadığı bölgədir. Yaşayış və gündəlik ehtiyacların ən uyğun olaraq görülə biləcəyi şəhərlərdən biridir. Memarlıq baxımından şəhərə gözəllik qatan Queen's, tələbələrin atmosferindən məmnun qaldığı bir binadır, həm də şəhəri ziyarət etməyə gələn turistlərin diqqət mərkəzindədir.

Əsas kampusa əlavə olaraq Queen's də 3 fakültə var: Sosial Elmlər, Mühəndislik və Fiziki Elmlər, Əczaçılıq, Tibb Elmləri. Bu fakültələrin hamısı Belfast daxilində bir-birinə bağlıdır. Hər bir fakültə müxtəlif sahələrdə 20 məktəbdən ibarətdir. Böyük bir tədqiqat universiteti olaraq bilinən Queen's, 2006 -cı ildə fakültələrin tədqiqat proqramlarına illik yatırımlarının böyük bir hissəsini qoyaraq inkişafa və dəyişikliyə hər zaman açıq olduğunu sübut edən bir universitet oldu. 2009-cu ildə universitet geniş ərazini əhatə edən kitabxanasını da açdı. Akademik sahədə yüksək müvəffəqiyyət qazanan Queen’s University Belfast, tələbələrinə hər sahədə özünü inkişaf etdirmək imkanı verir və məzunlarını köklü bir akademik təhsil ilə həyata hazırlayır.

 

Queen’s University Belfast tibb təhsili almaq üçün çox həyəcanlı bir yerdir.

Proqramların əsas xüsusiyyətlərinə 1-ci ildəki klinik bacarıqlarda iştirak, bilik və bacarıqlarınızı klinik praktikaya tətbiq etməyinizi asanlaşdırmaq üçün inteqrasiya olunmuş hadisəyə əsaslanan öyrənmə, bütün bədən diseksiyası və geniş birincil və ikincil qulluq şəraitində klinik öyrənmə daxildir.

Queen's Tibb təhsili haqqında daha çox məlumat əldə etmək və xaricdə təhsil haqqında qərar vermək üçün, beynəlxalq tələbələrin qatıla biləcəyi bir məlumat sessiyasına qatılmaq imkanı təqdim edir.

Sessiyada iştirak edəcək nümayəndələr:

  • Inez Cooke - Tibb Qəbulu üzrə Akademik Rəhbər
  • Mairead Boohan - Tibbi Təhsil Mərkəzi üzrə direktor müavini
  • Hazırkı beynəlxalq tibb tələbələri

 

Qəbullar, kurs, xarici tələbələrə dəstək və sual-cavab sessiyası haqqında məlumat verən digər nümayəndələr də sessiya boyunca sizin suallarınızı cavablandıracaqlar.

Tələbələrlə birbaşa söhbət etməyinizə və tibb dərəcənizin birinci ili haqqında suallar verməyinizə imkan verən beynəlxalq tibb tələbələri də sizə qoşulacaq.

 

Tarix: 16 Sentyabr 2021, Cümə axşamı

Saat: 18:00 (Bakı Saatı ilə) və ya 01:00 gecə (Bakı Saatı ilə)

 

Seminara qatılmaq üçün saytımızdan qeydiyyatdan keçmək mütləqdir. "Medicine at Queen's" başlığını qeyd edərək qeydiyyatdan keçməyiniz tövsiyə olunur.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76 / 050 254 03 27

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər