Həkim olmaq arzunusu Amerikada gerçəkləşdirin

19

Aprel

  • Tarix: 19/04/2019 16:00 - 19/04/2019 20:00
  • Məkan: Nobel pr 15, Azure Business Center 20th floor office 135

Vermont Universitetin tibb fakultəsinı daxil olmaq hələ də gec deyil.

Amerikada TİBB üzrə təhsil almaq istəyən tələbələrin nəzərinə:

Orta məktəbi bitirəndən sonra tələbələr tibb fakültələrinə qəbul olunmaq üçün əvvəlcə biologiya və kimya kimi tibblə əlaqədar olan bir sahədə bakalavr dərəcəsi alırlar. 
Bunun üçün sizdən tələb olunan sənədlər:
-Yüksək GPA (attestatın ümumi orta balı)
-SAT imtahanı (çox vaxt tələb olunur)
-İELTS (minimum 6.5) və ya TOEFL (90) sertifikatı
-3 tövsiyə məktubu
-Essey
Bununla bərabər tələbə əlavə olaraq tibbi hazırlıq kursu keçir (Pre-medical). 
Müddət: 4 il. Kimya, biologiya, fizika fənləri üzrə əlavə kreditlər götürməniz tövsiyə olunur. 

Kollec və ya universiteti uğurla bitirdikdən sonra və imtahanlardan yaxşı nəticə əldə etdikdən sonra tibb məktəbinə qəbul olursunuz.
Qəbul şərtləri: məktəbdən GPA, tövsiyə məktubları, MCAT (tibb üzrə qəbul imtahanı, bakalavrın 4-cü kursunda bu imtahandan keçirsiniz), universitet və ya kollecdən transkript. 
Müddət - 4 il.

Tibb məktəbini biirdikdən tibbi rezidenturaya qəbul olursunuz. Müddəti ixtisasdan asılı olaraq fərqli olur. Terapya ixtisası üçün - 3 il, cərrahiyə ixtisası üçün - 5 və daha çox il. Rezidenturanı bitirdikdən sonra ixtisasınız üzrə imtahan vermək imkanınız var (Board certification). Sertifikatınızın mövcudluğu sizin nüfuzunuzu yüksəldir və gələcək işinizdə bir üstünlük hesab edilir. 

Amerikanın tibb ixtisası üzrə ən yaxşı ali məktəbləri bunlardır:

1) University of Vermont - Burlington, Vermont ştatında yerləşir. 
Təhsil haqqı:
Bakalavr üçün - 37.050 ABŞ dolları
Tibb məktəbi üçün - 58.020 ABŞ dolları

2) James Madison University - Harrisonburg, Virginia ştatında yerləşir. 
Təhsil haqqı 24.500 ABŞ dolları (bakalavr üçün)

3) Kansas University - Lawrence, Kanzas ştatında yerləşir. Universitetin Tibb mərkəzi və xəstəxanası Kansas-City-də yerləşir. Burada ən böyük Xərçəng mərkəzi mövcuddur. 
Təhsil haqqı: 29.500 ABŞ dolları

4) St George's University - Amerikanın ən yaxşı tibb məktəblərindən biridir. 
Təhsil haqqı:
Bakalavr üçün - 18.000 ABŞ dolları
Tibb məktəbi üçün - 35.478 ABŞ dolları

5) University of Central Florida - Orlando, Florida ştatında yerləşir. 
Buranın çox gözəl Tibb Kolleci mövcuddur. 
Təhsil haqqı: 22.504 ABŞ dolları. 

Nəzərinizə çatdırırıq ki, Azərbaycanda əldə olunan tibb təhsili Amerikanın ali məktəblərində tanınmır.

Ətraflı məlumat almaq və ya universitetə müraciət etmək üçün bizimlə əlaqə saxlayın
TEL: 012 488 66 78
MOB: 050 295 97 75
Email: [email protected]
Ünvan: Nobel pr. 15, Azure Business center 20ci mərtəbə, ofis 135

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.