Türkiyədə Amerika sistemi ilə təhsil !

02

Fevral

  • Tarix: 02/02/2019 14:00 - 02/02/2019 18:00
  • Məkan: 15 Nobel Prospekti

Sizləri 2 fevral 2019 tarixində saat 14:00-dan 18:00-dek keçiriləcək Konsultasiya gününə dəvət edirik. Universitetlər haqqında ətraflı məlumatlar, qəbul prosesi, qiymətlər və sizi maraqlandıran hər hansı istənilən məqamlara cavab əldə edə biləcəksiniz.

Xaricdə keyfiyyətli təhsil almaq haqda düşünərkən ağlınıza ilk olaraq Türkiyə gəlmirsə sizə bu haqda bir daha fikirləşməyi təklif edirik. Aşağıda verəcəyimiz məlumatlarda sizə Türkiyədə, məhz İstanbulda Təhsil almağın əsas səbəblərini qeyd edəcəyik.

 

1.Unikal coğrafi mövqe- Şərq və Qərb mədəniyyətlərinin kombinasiyasını özünə cəmləşdirən İstanbul, Asiya və Avropanın kəsişməsində yerləşir. İstanbul dünyanın ən çox məskunlaşmasına ( 13.5 million) sahib olan şəhərlərdən biridir.

 

2.Tarixi zənginlik- Burada Təhsil alarkən siz yüzlərlə tarixi məkanları səyahət edə, onlar haqda məlumat toplayaraq dünya görüşünüzü zənginləşdirə bilərsiniz. Topkapı Sarayı, Mavi, Rustam Paşa və Süleymaniyə məscidlərini ziyarət edərək o cümlədən tarixini öyrənmə şansı qazanırsınız.

 

3.Yeni dil və yeni mədəniyyət – İstanbul, səhərləri azan səsinə oyanıb lakin küçələrdə turistlərin müxtəlif dillərdə danışılan minlərlə maraqlı təzadları özündə birləşdirən bir meqapolisdir.

 

4.Zəngin memarlıq və məhşur bazarlar- Hər küçəsində bir tarixi saxlayan İstanbul zəngin memarlıq abidələri ilə məşhurdur. Gultepe və Tarlabaşı Pazar Bazarı isə İstanbulun əvəzolunmaz mədəniyyət nümunələrindən biridir.

 

Sizləri 2 fevral 2019 tarixində saat 14:00-dan 18:00-dek keçiriləcək Konsultasiya gününə dəvət edirik. Universitetlər haqqında ətraflı məlumatlar, qəbul prosesi, qiymətlər və sizi maraqlandıran hər hansı istənilən məqamlara cavab əldə edə biləcəksiniz.

 

Universitetlər haqqında qısa məlumat və Qəbul şərtləri:

 

Transkript- Qiymət cədvəlləri (tərcümə təsdiq olunmuş)

Motivasiya və tövsiyyə məktubları

TOEFL, İELTS, SAT

Passport

Attestat

 

1.Sabancı Universiteti - İstanbulun ən prestijli, beynəlxalq universitetlərindən biridir.Beynəlxalq təcrübə imkanlarına malik və o cümlədən, qlobal-sosial ehtiyaclarla sıx əlaqəli olan, Mühəndislik və Təbiət Elmləri, İncəsənət və Sosial Elmlər, İdarəetmə fakültələrinin yüksək keyfiyyətli tədrisini təşkil edir. Üstünlükləri: Dünyanın top 200 universitetlər siyahısında 182-ci yeri tutur. (Times Higher Education World University Rankings). Dünyanın ən yaxşı 470-480-cı universitetlər siyahısında yer alır. (Quacquarelli Symonds “QS” Index). Güclü təhsil sistemi ilə seçilən, Dünya Universitetləri ilə adları yanaşı çəkilən Sabancı Universitetində təhsil alaraq yuxarıda qeyd olunan fərqliliklərdən zövq ala bilərsiniz. Təsadüfi deyilki, Fransız yazıçısı Alphonse de Lamartine qeyd etmişdiki – Əgər sizin Dünyaya baxmaq üçün yalnız 1 şansınız olsa onu mütləq İstanbulda dəyərləndirməlisiniz.

 

2.Koç University-Türkiyənin ən innovativ və təşəbbüskar universitetlər siyahısında ən yüksək yerlərdən birini tutur. 20 il ərzində “Koç University” – türkiyənin ən aparıcı universitetlərindən birinə çevrilmişdir. “Koç University” - əsas missiyası beynəlxalq səviyyəli hərtərəfli, yüksək ixtisaslı məzunlar yetişdirməkdir. “Koç University” –nin müəllim heyəti dünyanın elit elmi-tədqiqat insititutlarından olan alimlər və fəlsəfə doktorlarıdır. 95 % müəllimlər ABŞ, Avropa universitetlərində təhsil almış doktorlardır. “Koç University” –nin 4 kampusu var. West Campus, Nişantaşı Campus, RCAC Beyoğlu and Istinye Campus.

 

3.Bilkent University-özəl universitetdir. 1984 - ci ildə yaranmışdır. Bu universitet Ankarada yerləşir.Hal - hazırda burada, 13.000 tələbə təhsil alır. Universitetdə 9 fakültə mövcuddur. Onların arasında müxtəlif ölkələrdən xarici tələbələr var."Bilkent University" - "The Times Higher Education " reytinq cədvəlində 28 - ci yeri tutur."The World University Ranking 2015/2016" Top 400 - lüyündə 351 - ci yeri tutur. Türkiyənin universitetləri arasında 11 - ci yeri tutur.“Bilkent University”-nin təhlükəsiz və canlı kapmusunda, çox sayda sosial və akademik xidmətlər təklif olunur.

 

4.Beykent University-Adem Çelik təhsil fondu tərəfindən 1997-ci ildə yaradılmış özəl universitetdir.Beykent Universitesi günü-gündən inkişaf etməyə başlamışdır, tələbələrə dünya standardlarına cavab verən yüksək təhsil təqdim edir. Universitetin 3 kampusu, 8 fakültə, 4 kollec, distans təhsil institutu, elmi-tədqiqat mərkəzi, dünya standardları səviyyəsində müəllim heyəti və texniki təchizatı mövcüddur.64 magistatura proqramı (onlardan 3-ü distans təhsil), 72 bakalavr proqramları mövcuddur.

 

5.Aydın University-2007-ci ildə yaranmışdır.Burada əldə olunmuş keyfiyyətli təhsil sizə, cəmiyyətdə, nailiyyətlər əldə etməyə kömək edir.Türkiyə təhsili bütün dünyada tanınır.Burada kitabxana və laboratoriya, idman kompleksi, klublar, ümumi yaşayış mərkəzləri mövcüddür.Buarada, avropa ilə asiyanı birləşdirən, şərq və qərb mədəniyyətinin vəhdətini tapmaq olar.

 

Təhsil qiymətləri:10.000$ başlayır 

 

 

Görüş günü ilə əlaqə hər hansı suallarınız olduğu halda əlaqə saxlayın

(+994 50) 291 79 72

 

 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.