University of Amsterdam - QƏBUL günü

07

Noyabr

  • Tarix: 07/11/2019 16:00 - 07/11/2019 19:00
  • Məkan: Nobel pr. 25, Bakı Ağ Şəhər Ofis Binası, 5-ci mərtəbə, ofis 506

Dəyərli 11-ci sinif şagirdləri və Pre-Master tələbələri, 7 Noyabr Hollandiyanın və dünyanın ən prestijli təhsil müəssisələrindən biri olan University of Amsterdam sizlər üçün Bakıya gəlir!

İngilis dilində tədris olunan 2.000 üzəri proqram arasında seçim şansı - ingilisdilli olmayan bir Avropa ölkəsi üçün bu rekord rəqəmdir, deyilmi? University of Amsterdam 1632-ci ildə təsis edilmiş University of Amsterdam, Avropanın ən öndə gedən universitetlərindən biri sayılır. Hal-hazırda universitetdə 100 müxtəlif ölkədən 30,000-ə yaxın tələbə təhsil almaqdadır.


Bu görüşdə:

Məktəblilər UvA rəsmi nümayəndəsi Heemali Inamdar'dan təklif olunan 2 əsas Foundation proqramı haqqında öyrənəcəklər:

  • PPLE (Politics, Psychology, Law, Economics);
  • Economics and Business.

Görüşə qatılan şagirdlər universitetə yerindəcə MÜRACIƏT şansı əldə edəcəklər! Bunun üçün görüşə sənədlərinizlə yaxınlaşmaq kifayətdir:
Passport'un nüsxəsi;
8, 9, 10-cu siniflərin transcript'ləri (qiymət cədvəli).

Eləcə də, Master oxumaq istəyən tələbələr üçün UvA Pre-Master proqramları təklif olunacaq. Qeyd edək ki, UvA Master proqramlarına qəbul üçün GMAT tələb edir, lakin Pre-Master ilə qəbul zamanı GMAT imtahanına ehtiyac qalmayacaq! Pre-Master proqramını bitirdikdən sonra tələbələr, növbəti magistr ixtisaslarına keçid edə biləcəklər:

  • MSc Economics
  • MSc Business Economics
  • MSc Business Administration

Görüşdə iştirak ödənişsizdir. Hər biriniz dəvətlisiniz!

*Əvvəlcədən qeydiyyatdan keçməyi unutmayın.

Ətraflı məlumat üçün əlaqə:

(+994 50) 291 79 72 (WhatsApp aktividir)

 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.