USA universitetləri üçün sənədlərinizi gətirin, uçuş biletiniz də bizdən HƏDİYYƏ olsun!

22

İyun

  • Tarix: 22/06/2021 10:00 - 22/05/2021 19:00
  • Məkan: Nobel pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

USA universitetlərində təhsil almaq gələcəyiniz üçün misilsiz bir fürsətdir. USA universitetləri üçün sənədlərinizi gətirin, birlikdə çalışdığımız universitetlərdən 70% - ə qədər təqaüd əldə etmə fürsəti qazanın. Bundan əlavə uçuş biletiniz də bizdən hədiyyə olsun.

Amerika Birləşmiş Ştatları, ölkənin paytaxtı olan Washington şəhərindən və 50 əyalətdən ibarət olan kompleks və geniş bir ölkədir. Bu ştatların hamısı ayrı bir bölgə kimliyinə sahibdir. Siz də USA-da təhsil almağı planlaşdırırsınızsa, komandamız sizə bu ömürlük macəraya hazırlaşmağa kömək edəcəkdir.

 

Hər birinizi 22 İyun, saat 10:00 - 19:00 arası baş tutacaq qəbul gününə gözləyirik! Sənədlərinzlə birgə ofisimizə yaxınlaşın, individual konsultasiyadan keçərək sizə uyğun universiteti seçin və ödənişsiz təyyarə bileti qazanın!

 

Sənədlərin siyahısı:

  • Pasport

  • Transkriptlər

  • İngilis dili sertifikatı - IELTS, TOEFL (varsa)

 

Hər il USA-da beynəlxalq tələbələrin sayı artır və getdikcə daha çox tələbə Birləşmiş Ştatları təcrübələrini genişləndirmək və təhsillərini davam etdirmək üçün seçirlər. USA hal-hazırda beynəlxalq tələbələr üçün ən populyar təhsil arzusudur. 1950-ci illərin ortalarından etibarən buradakı beynəlxalq tələbə sayı 35.000-ə çatmış, elə o illərdən etibarən USA-da beynəlxalq təhsil uzun bir yol qət etmişdir.

 

Çantalarınızı toplamazdan əvvəl bu nəhəng təhsil ölkəsinin sizə nələr təklif edəcəyi ilə qısaca tanış olun.

 

  • Akademik Mükəmməllik

  • Müxtəlif Təhsil Fürsətləri

  • Ən Son Texnologiya

  • Tədqiqat və Araşdırma Təcrübəsi

  • Rahat Tədris Mühiti

  • Beynəlxalq Tələbələr üçün Dəstək Xidmətləri

  • Qlobal Təhsil və Uzunmüddətli Karyera Perspektivləri

  • Kampus Həyatı Təcrübəsi

 

USA kimi nəhəng ölkədə təhsil xəyalı qurursunuzsa ölkəni tərk etməzdən əvvəl aşağıdakı məsələləri planlaşdırmalısınız. Əslində burada təhsil almaq qorxduğunuz qədər çətin deyil.

 

Tələbə vizası

Tələbə vizanız ABŞ-dakı təhsiliniz üçün son dərəcə vacibdir. Əldə etdiyiniz viza növü gələcəkdə burada iş imkanlarınız olub-olmadığını da müəyyən edəcəkdir.

 

Səhiyyə xidməti

ABŞ səhiyyə sistemi dünyanın ən inkişaf etmiş və ən mürəkkəb səhiyyə sistemidir. Böyük bir qəza və ya xəstəlik üçün tibbi xidmət yüz minlərlə dollara başa gələ bilər. Bu səbəbdən xərcləri minimuma endirmək üçün tibbi sığortaya sahib olmağınız vacibdir.


 

Səyahət tənzimləmələri

Müvəqqəti yaşayış üçün bir məkanın olduğundan əmin olmalısınız və ABŞ-a ilk gəlişiniz üçün əvvəlcədən plan qurmalısınız. Planlı bir başlanğıc sizin üçün bir çox probləmi asanlaşdıracaqdır.

 

Çalışdığımız universitetlərin bəziləri ilə sizi tanış edirik.

 

  • Istituto Marangoni Miami 

  • Washington State University

  • Colorado State University

  • Drew University

  • New York Film Academy

  • Oregon State University

  • The University of Alabama at Birmingham

  • Duke University

  • University of Rochester

  • The State University of New York

  • Mercyhurst University

  • University of Kansas

 

USA universitetlərinin təklif etdiyi ixtisaslar:

 

Architecture and Design; Biology and Life Sciences; Broadcasting; Business; Chemistry; Communicatio; Computer Science; Dance; Economics; Engineering; History; International Business; Journalism; Languages and Linguistics; Law; Library and Information Science; Literature; Management; Marketing; Mathematics; Medicine; Tourism; Transportation and Logistics.

 

Əziz şagirdlər, tələbələr və valideynlər, sizinlə görüşməyi səbirsizliklə gözləyirik!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

 

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər