Xaricdə orta məktəb nümayəndələri ilə FƏRDİ görüşlər!

12

Noyabr

  • Tarix: 12/11/2020 10:00 - 31/12/2020 19:00
  • Məkan: Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə (Regus), Azeri Student ofisi

Həftə içi 5 gün ABŞ, Böyük Britaniya, Kanada, İsveçrə və digər ölkələrin orta məktəb nümayəndələri ilə fərdi görüşlərdə iştirak etmək üçün bugün müraciət edin.

Bu görüşlər kimlər üçün maraqlı ola bilər?

  • Siz orta məktəb şagirdisiniz və təhsilinizi xarici məktəblərdən birində başa vurmaq istəyirsiniz, və ya sadəcə xaricdə orta təhsil ilə bağlı məlumat əldə etmək istəyirsiniz

  • Övladınız orta məktəb şagirdidir və siz onun üçün xaricdə orta təhsil ilə bağlı məlumat əldə etmək istəyirsiniz

  • Qəbul prosesi ilə bağlı bütün məlumatları ən güvənli mənbələrdən öyrənmək istəyirsiniz

  • Müxtəlif ölkələrdə orta təhsil ödənişləri ilə bağlı məlumat əldə etmək istəyirsiniz

 

Görüşdən sonra nələr əldə edəcəksiniz?

  • Seçilmiş ölkədə/məktəbdə təhsil barədə ətraflı məlumat

  • Qəbul prosesi və bütün tələblər barədə dəqiq məlumat

  • Qəbul prosesinə başlamaq üçün atılacaq addımların siyahısı 

 

Ümumi qəbul prosesi necə baş verir?

  • Bu səhifədə qeydiyyatdan keçərək və ya +994 50 271 66 69 nömrəsinə zəng edərək görüş təyin edirsiniz

  • Sizi maraqlandıran ölkəni / məktəbi / proqramı müəyyənləşdirmək üçün xaricdə təhsil mütəxəssislərimiz sizinlə əlaqəyə keçir

  • Maraqlandığınız məktəblərin nümayəndələri ilə görüş təyin edirik və beləliklə, siz bütün suallarınıza cavab alırsınız

 

XARİCDƏ ORTA TƏHSİLİN ÜSTÜNLÜKLƏRİ 

Xaricdə orta məktəb oxumaqla siz eyni anda bir neçə məqsədə çatmış olacaqsınız:

  • Dünyanın ən prestijli universitetlərinə müraciət zamanı güclü rəqabət üstünlüyü əldə edirsiniz.
  • Qəbul üçün əlavə hazırlıq etapına ehtiyac qalmır.
  • İngilis dilini ana dili səviyyəsinə çatdırmaq, eləcə də, əlavə xarici dil öyrənmək imkanı qazanırsınız.
  • Bəzi ölkələrdə orta məktəbi bitirməklə siz (övladınız) həmin ölkənin vətandaşdlığına müraciət edə bilirsiniz.
  • Xarici məktəblər hər şagirdin zövqünə uyğun sinifdənkənar məşğuliyyətlər təklif edir - muzeylərə ekskursiyalar, idman məşqləri, müxtəlif akademik mövzulardarda workshop’lar və sairə.

 

Bütün suallar üçün bizimlə əlaqə saxlaya bilərsiniz: +994 50 271 66 69 (WhatsApp aktivdir)

Bizimlə məsləhətləş

Kamilə Fətullayeva
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.