Xəyalların zəhmətlə reallaşacağına inanan fərqli bir təhsil.

01

İyul

  • Tarix: 01/07/2021 10:00 - 01/07/2021 19:00
  • Məkan: Nobel pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Övladınızın gələcəyi üçün bir məktəb seçmək həyatda verəcəyiniz ən vacib qərarlardan biridir. Bu yolda övladlarınız Azeri Student komandasına əmanətdir.

Sizi USA təhsil sisteminə məxsus fərqli bir məktəb, Admiral Farragut Academy ilə tanış etmək istəyirik.

 

Admiral Farragut Academy, tələbələrin kollecə və ya universitetə hazırlanmasına kömək edəcək hərbi quruluşa sahib akademiyadır. Admiral Farragut Academy, 1933-cü ildə St. Peterburq, Florida ərazisində qurulmuşdur.

 

Məktəbin kredosu - "Bilik hər şeydən üstündür"! Əsas dəyərlərə dürüstlük, intizam, əzm və fiziki inkişaf daxildir. Akademiya tələbələri ilə qürur duyur, tənqidi düşünmə qabiliyyətini inkişaf etdirir və real həyati problemlərin öhdəsindən gəlməyi öyrədir.

 

Akademiyada 32 fərqli ölkədən və 17 fərqli əyalətdən 7-12 - ci sinifləri əhatə edən ümumilikdə 300 şagird təhsil alır. 53 hektarlıq geniş bir ərazini əhatə edən şəhərcikdə şagirdlər güləşdən beysbola, üzgüçülükdən, yelkənli idman növlərinə qədər 21 fərqli idman sahəsi üzrə inkişaf etmək fürsəti qazanmışdır.

 

16 Advance Placement (AP) kursu təklif edən məktəbdə 24-dən çox tələbə klubu var. Tələbələr xarici dillər ( Çin və İspan dili), STEM (Elm, Texnologiya, Mühəndislik və Riyaziyyat), dənizçilik elmi və aviasiya kurslarını əhatə edən zəngin bir tədris proqramı ilə təhsil alırlar. Bu məktəbi bitirən şagirdlər mütləq şəkildə universitetlərə qəbul imkanı qazanırlar.

 

Məktəbin məzunları prestijli kollec və universitetlərə daxil olurlar, məsələn, Harvard, Yale, New York, Boston, Cornell, Amherst College və s. Bu məktəbin ən məşhur şagirdləri arasında iki böyük Ay astronavtı Alan ShepardCharlie Duke, rok musiqiçisi Stephen Steeles, aktyor Lorenzo Lamas, Hava Qüvvələri Komandiri Richard Marcinko, Olimpiya qılıncoynatma çempionu Edwin Richards və başqa adlar yer almaqdadır.

 

Burada ən müasir təlim avadanlıqlarına sahib aviasiya mərkəzi, tələbələrin nəzəri biliklərini ekskursiyalar, sahə araşdırmaları və müxtəlif layihələr vasitəsilə təcrübə etmək imkanları da mövcuddur.

 

Xəyalların zəhmətlə reallaşacağına inanan, mütəşəkkil, etibarlı və intizamlı bir şəxsiyyət yetişdirməyi hədəfləyən Admiral Farragut Academy övladlarınızın yolunu gözləyir. 

 

Tədris olunan proqram istiqamətləri:

  • LEADERSHIP

  • NAVAL SCIENCE

  • AVIATION

  • SCUBA

  • MARINE SCIENCE

  • ENGINEERING

 

Məktəb haqqında ətraflı məlumat almaq istəyən valideynləri ofisimizə dəvət edirik! Qeydiyyatdan keçin və sizə uyğun bir zamanda individual konsultasiya əldə edin. Digər bütün detallarla bağlı peşəkar təhsil menecerlərimiz sizə yardımçı olacaqdır.

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər