Yeni bir dil, yeni bir həyat! - Almaniyada Yay/ Dil kursları

27

İyun

  • Tarix: 27/06/2021 10:00 - 27/06/2021 19:00
  • Məkan: Nobel pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Siz də Azeri Student tələbələrinin seçdiyi ALPADIA Germany Languages School ilə həm dil öyrənib, həm də əylənərək yeni həyata addım ata bilərsiz.

Yetişkinlər üçün nəzərdə tutulmuş ALPADIA Languages School dinamik bir öyrənmə stili istifadə edərək digər kurslardan fərqlənir. Burada siz müxtəlif mövzular, qrup daxili söhbətlər, diskussiya və kiçik tamaşalarda iştirak edərək dil bacarıqlarınızı inkişaf etdirəcəksiniz. Bu metodika yeni öyrəndiyiniz bir dilin tətbiqində sizə kömək edən əsas amil olaraq, özgüvəninizi artıracaqdır. 

 

ALPADIA Languages School həftədə minimum 20 dərslik proqramdan başlayaraq, premium, imtahana hazırlıq və xüsusi dərslər də təklif edir. Siz həmçinin öz dil bazanıza uyğun olaraq fərqli proqramları da birləşdirə bilərsiniz.

 

ALPADIA Germany Languages School Berlin Freiburg şəhərlərində yerləşən, il ərzində davam edən kurslar təklif edir. 16 yaşından yuxarı hər bir şəxs bu kurslara qatıla bilər.

 

ALPADIA BERLIN Languages School

1986 - ci ildən bəri fəaliyyət göstərən ALPADIA BERLIN Languages School alman dili dərslərini tədris edir. Dərslər Group və Private formasında keçirilir. TestDaF / TELC Deutsch / Goethe rəsmi imtahan formasıdır. Bakalavr, Magistratura və Doktorantura dərəcələri üzrə sertifikatları beynəlxalq səviyyədə qəbul olunur.

 

Online yerləşdirmə testi - Hər bir tələbə gəliş öncəsi, uyğun sinifə yerləşdirilmək üçün qəbul imtahanı verir. İmtahan ən azı 4 həftə əvvəl verilməlidir.

 

Proqramlar:

  • German courses & official diplomas
  • German courses & university pathway
  • German courses & career pathway
  • German courses & work experience 
  • German courses & internship
  • German courses & volunteering

 

Asudə vaxtlarda fəsilə uyğun olaraq şəhərdaxili gəzintilər təşkil olunur. Bu da öz növbəsində dil bazanızın inkişafında əhəmiyyətli rol oynayır. Dərs materialları və tədris boyunca lazım olan bütün vəsaitlər kurs ödənişinə daxildir.

 

ALPADIA FREIBURG Languages School

1972 - ci ildən bəri fəaliyyət göstərən Freiburg şöbəsi uzun illərin təcrübəsi əsasında Group / Private şəklində Alman dilinin tədrisini təklif edir. TELC rəsmi imtahan formasıdır. Bakalavr, Magistratura və Doktorantura dərəcələri üzrə sertifikatları beynəlxalq səviyyədə qəbul olunur.

 

Online yerləşdirmə testi - Hər bir tələbə gəliş öncəsi, uyğun sinifə yerləşdirilmək üçün qəbul imtahanı verir. İmtahan ən azı 4 həftə əvvəl verilməlidir. Əks halda, dərs ilinin ilk həftəsi uyğun səviyyə üzrə yerləşdirmə həyata keçməyəcək.

 

ALPADIA Berlin-Wannsee LANGUAGE CAMPS 

ALPADIA Germany Languages School azyaşlıları da unutmur. Dil kurslarından əlavə məktəblilər üçün Berlin-Wannsee LANGUAGE CAMPS təşkil edilir.

 

  • Tarix aralığı: 27.06.2021 - 14.08.2021
  • Yaş həddi: 10 - 17
  • Tədris olunan dillər: Alman, İngilis

 

Kurslar:

  • Standard 20 lessons per week / 08:30 - 11:45
  • Intensive 25 lessons per week / 11:45 - 12:30
  • Private 5 lessons per week / 11:45 - 12:30

 

Yer: Grunewald bölgəsi, Wannsee Gölü

 

Tələbələr hosteldə, 4 nəfərlik otaqlarda yerləşdirilir. Asudə vaxtlarda isə şəhər turu, müxtəlif əyləncələr, yaradıcı dərslər təşkil olunur. Bu dərslər də öz növbəsində sizin dil biliklərinizin inkişafına təkan verəcəkdir.

 

Yuxarıda qeyd olunan hər bir proqramda iştirak etmək üçün qeydiyyatdan keçmək kifayyətdir. Daha sonra peşəkar Azeri student menecerləri sizinlə əlaqə saxlayaraq, ən qısa zamanda qəbul və digər proseslərdə sizə yardımçı olacaqdır.

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər