Zoom conference - Beynəlxalq Attestat Proqramı üzrə Tədris - 16 DEKABR

16

Dekabr

  • Tarix: 16/12/2021 10:00 - 12/12/2021 19:00
  • Məkan: 8 noyabr pr. 15, Azure Business Center, 20-ci mərtəbə, Azeri Student ofisi

Övladınızın Beynəlxalq Orta Məktəb Attestatına sahib olmasını istərdinizmi?

ƏZİZ VALİDEYNLƏR BU XƏBƏRİMİZ SİZİN ÜÇÜNDÜR! Əgər siz, övladınızın Bakıda orta məktəbdə təhsil alaraq, eyni zamanda xaricdəki təhsil sisteminə məxsus dərsləri də öyrənməsini istəyirsinizsə, bütün istəklərinizə cavab verəcək Beynəlxalq Attestat Proqramı üzrə tədris Bakıda StudyCare Academy-də həyata keçirilir. 

Bu proqram haqqında bütün suallarınıza cavab tapmaq üçün sizi 16 dekabrda zoom konfransa dəvət edirik. Zoom konfrans zamanı sizi maraqlandıran bütün suallara cavab tapa biləcəksiniz.

 

Zoom konfransda iştirak üçün SAYTIMIZDA QEYDİYYATDAN keçməyiniz mütləqdir!

 

Tədrisin nəticələrinə əsasən, proqramı uğurla başa vuran hər bir şagird, əlavə hazırlıq keçmədən, ABŞ və dünyanın nüfuzlu universitetlərinə daxil olmağa imkan verəcək BEYNƏLXALQ orta məktəb attestatı əldə edir - High School Diploma.

Şagird öz məktəbində təhsilini davam edir və eyni zamanda, paralel olaraq Beynəlxalq proqram üzrə StudyCare Academy-də təhsil alır. Tədris başlamazdan əvvəl biz şagirdin hazırlığının ilkin qiymətləndirilməsini həyata keçiririk: dilin ümumi səviyyəsini (General English) və ingilis dilində (Academic English) təhsil almaq bacarığını təyin edirik.

Qiymətləndirmənin nəticələrinə əsasən, biz proqram üzrə tədrisin başlamasından əvvəl şagirdə hansı hazırlıq proqramı lazım olduğunu müəyyən edəcəyik. Proqrama əsasən şagirdlər yerli məktəbdə oxuyur və paralel olaraq StudyCare Academy-də gündə 2 saat həftədə 5 dəfə təhsil alır.

 

DAHA ƏTRAFLI MƏLUMAT ÜÇÜN SİZİ 16 DEKABR TARİXİNDƏ ONLINE ZOOM KONFRANSA DƏVƏT EDİRİK!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 295 97 75 

E-mail ünvanı: [email protected]

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil üzrə Məsləhətçi

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər