Yüklənir...
Florida Beynəlxalq Universiteti Mayamidə ilk və yeganə dövlət tədqiqat universitetidir. Sıx araşdırmalara görə universitet, Tədrisin Təkmilləşdirilməsinə görə Karnegi Fonduna layiq görüldü.
Universitet Florida ştatında ikinci, ABŞ-da isə altıncı yerdədir. Universitetin kitabxana kolleksiyası Cənubi Florida ştatında və ABŞ-ın cənub - şərqindəki ən böyük hesab edilir .
Universitetin Biznes Məktəbi təkcə ölkədə deyil, həm də beynəlxalq səviyyədə ən yaxşılardan biri kimi tanınır və dünyanın aparıcı biznes məktəblərinin 5% -ə daxil edilmişdir.
FIU - güclü Qonaqpərvərlik proqramları ilə məşhurdur və bu sahədə çalışan məzunların sayına görə ölkədə ən yüksək göstəriciyə sahibdir (Linkedin poll).
Universitetin "Aquarius Reef Base" adlı bazası, dünyada yeganə sualtı tədqiqat laboratoriyasıdır.
Florida Beynəlxalq Universitetinin bazasında 200-dən çox tələbə təşkilatı və idman bölməsi fəaliyyət göstərir. Universitet voleybolu, Amerika və Avropa futbol komandaları ölkənin ən yaxşılarından biri hesab edilir.
Reytinqlər
Hazırlığ proqramları
2-3 semestrdə İngilis dili və akademik fənlərinizə dair biliklərinizi möhkəmləndirməyə, yeni təhsil sistemi, universitet və ölkə ilə tanış olmağa və sonra seçdiyiniz ixtisas üzrə bakalavrın 2-ci ilində dərhal təhsillərini davam etdirməyə imkan verir.
- 24/7 dəstək
- Dil və ya fənlər üzrə dərslər
- Mənəvi dəstək və inteqrasiya yardımı
- Ölkə və universitetlə tanış olmağa yönəlmiş mədəni və istirahət tədbirləri
Pre - Sessional English proqramı
- İngilis dili biliklərinizi mükəmməlləşdirmək məqsədi ilə təklif olunan proqram.
Career Accelerator Program
- Karyeyanızın gələcəyi üçün doğru seçilmiş proqram.
Populyar ixtisaslar
İncəsənət, dizayn
Biznes, İqtisadiyyat
Təhsil
İdarəetmə, qonaqpərvərlik
Humanitar elmlər, mədəniyyət
Tibb və sağlamlıq
Dövlət siyasəti
Elm və texnologiya
Proqram və xərclər - 2020
Bakalavr təhsili üçün minimal - $23.300
* Qiymət seçdiyiniz proqram və ixtisasdan asılı olaraq dəyişir
IELTS 5.5 / TOEFL 60
GPA - 2.8
* Tələblər proqram və seçilən ixtisasa görə dəyişir
Ünvan
11200 SW 8th St, Miami, FL 33199.
- Florida İnternational University ABŞ - da iqlimi isti olan şəhərlərdən birində yerləşir.
- Qış aylarında orta temperatur 20° C olur.
- Mayami ölkənin ən məşhur turistik yerləri arasında ikinci pillədədir.
- Mayami Hava Limanına 18 dəqiqəlik məsafədədir.
Tələbə həyatı
Florida İnternational University - yeni təhsil alan tələbələr, digər təhsil müəssisələrindən gələn və hüquq kollecinin tələbələri üçün kampusda yaşamaq imkanı təklif edir. 2-ci kurs və yuxarı tələbələr, ehtiyac və büdcələrinə uyğun olaraq, kampus xaricində də yaşayış yerləri seçə bilərlər.
- Tam əşyalı otaq
- Kondisioner
- Wi-Fi və kabel televiziyası
- Reseption
- Təhsil, ünsiyyət və oyun salonları
- Nağd və kredit kartları qəbul edən çamaşırxana.