Yüklənir...

shape shape shape shape

Hər dövrdə marağa səbəb olan ixtisas- Memarlıq!

Hər dövrdə marağa səbəb olan ixtisas- Memarlıq!

Tələbələr arasında ən çox marağa səbəb olan sahələrdən biri olan memarlıqdır. Memarlıq hər gün qarşılaşdığımız binaların inşa edilməsi prosesindəki mexanizm və bu binaların dizaynıdır. Professional memar olmaq sadəcə binaların dizaynına üstünlük vermək deyil,təsis ediləcək binaların strukturuna,praktiki və təhlükəsiz olmasına diqqət yetirməkdir. Bunun üçündə bu sahə üzrə ixtisaslaşmış kadr olmaq mütləqdir. Memarlıq üzrə UK-də Top 10-luqda yer alan Cardiff,Sheffield,Coventry kimi reytinqli universitetlərdə təhsil ala bilərsiniz.

Təhsil haqqı 13476 funtdan başlayaraq, Cardiff Architecture Böyük Britaniya Universitetləri arasında memarlıq sahəsi üzrə 2- ci yer tutur. 1919- cu ildə fəaliyyətə başlamış bu fakültə üzrə universitetin 450 tələbəsi( master, bakalavr) və 90 müəllim heyyəti var.  Məzunların %75-i universiteti bitirdikdən sonra öz uğurlu kariyeralarını qurmağa başlayırlar. Onlar memar olmaqdan başqa şəhər dizayneri, project menecer və s. kimi sahələr üzrə də ixtisaslaşa bilərlər.

Sheffield University Memarlıq fakultəsinin əsas məqsədi Dünya üzrə yeniliklərə imza atmaq, yeni fikir, yeni dizaynlar ortaya çıxartmaqdır. İlk dəfə 1908- ci ildə inşa edilmiş bu fakultə hal-hazırda isə ən son yeniliklərə uyğun təsis edilmişdir. Qəbul olmaq istəyən tələbələr öz portfoliolarını universitetə təqdim etməlidirlər. Portfoliolar bir neçə hissədən ibarət olur. Orada sizin memarlıqla bağlı fikirlərinizi ifadə edən rəsmlər, sizin düşüncələrinizdən yaranan proyektlər göstərilməlidir.

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın