Yüklənir...

shape shape shape shape

Harvard University

Harvard University

Bu Qurum Haqqında

Harvard University

  • Cambridge, Massachusetts, ABŞ
  • 1636-ci ildə təsis edilib
  • ABŞ üzrə TOP 1-ci yerdədir
  • İllik təhsil haqqı: 43,296$+

Universitet Haqqında

1636-cı ildə dini qərəzli bir təhsil müəssisəsi olaraq qurulan universitet, 19-cu əsrdə Harvard University kimi adlandı və elmi təhsil mərkəzinə çevrildi. Qeyd edək ki, Harvard, birinci ildən təhsil keyfiyyətinə zəmanət verən elit Ivy League təşkil edən səkkiz universitetdən biridir. Qurumun əhəmiyyətini qiymətləndirmək üçün yalnız bir neçə Harvard məzunundan bəhs etmək kifayətdir: qırx səkkiz Nobel mükafatçısı və eyni sayda Pulitzer mükafatı laureatı, ABŞ-ın səkkiz prezidenti daxil olmaqla otuz iki ölkə lideri məhz buranı bitirib.

Massachusettsin Boston şəhərində yerləşən, ölkənin ən qədim Harvard Universitetindən xəbərsiz bir Amerikalı tapmaq çətindir. Təxminən dörd əsrlik tarix boyunca Harvard nəinki Şimali Amerikada, həm də dünyada ən nüfuzlu universitet kimi böyük bir popularlıq qazandı. Qeyd ədək ki, Harvardda dünyanın səksən ölkəsindən olan tələbələr təhsil alır. Bununla birlikdə, dünyanın ən yaxşıları buraya gəbul ola bilirlər.

#1 in U.S. News & World Report (Global)

#2 in Washington Monthly

#1 in Forbes

#3 QS World University Rankings

Tədris

Populyar ixtisaslar:

  • Business
  • Engineering
  • Neurobiology
  • Psychology
  • Political science
  • Economy

Proqram və xərclər (illik):

Bakalavriat:

  • Təhsil haqqı: 45,008$
  • Yaşayış xərcləri: 12,000$ - 16,000$

Мagistratura:

  • Təhsil haqqı: 43,296$
  • Yaşayış xərcləri: 12,000$ - 16,000$

Giriş tələbləri

Dil bilikləri:

Bakalavriat:

  • IELTS 7.0
  • TOEFL iBT 100

Magistratura:

  • IELTS 7.0
  • TOEFL iBT 100

Sənədlər:

  • 3 tövsiyə məktubu
  • Akademik esse
  • Motivasiya məktubu
  • CV / Resume
  • Transkriptlər

Ünvan

3 Oxford St, Cambridge, MA 02138, USA

Universitetin əsas kampus 85 hektar ərazidə yerləşir. Kampuslarda tədris və inzibati binalar, tələbələrin yaşaması üçün on iki ev hazırlanıb - hər birinin öz tarixi və ənənələri, idman kompleksləri, muzeyləri və kitabxanası var. Yeri gəlmişkən, Harvard Kitabxanası dünyanın ən böyük akademik kitabxanalarından biridir və iyirmi milyondan çox cilddən və on milyondan çox fotoşəkildən ibarətdir. Universitet muzeyi hər il dünyanın hər yerindən 650 min ziyarətçi qəbul edir.

Məzunlar

Harvard University proqramları üzrə təhsil almış ən məşhur məzunları ilə tanış olun:

  • Məzun: Bill Gates. Vəzifəsi: Amerikalı biznesmen, xeyriyyəçi , Microsoft-un keçmiş şirkət rəhbəri.
  • Məzun: Mark Zuckerberg. Vəzifəsi: Amerikalı proqramçı, dollar milyarderi, xeyriyyəçi, Facebook Inc rəhbəri.
  • Məzun: Barack Obama. Vəzifəsi: Amerika Birləşmiş Ştatlarının 44-сü Prezidenti.
  • Məzun: John Adams. Vəzifəsi: ABŞ-ın qurucu atalarından biri, Amerika Birləşmiş Ştatlarının birinci vitse-prezidenti və ikinci prezidentidir.
  • Məzun: Matt Damon. Vəzifəsi: Oscar mükafatçısı, televiziya və səs aktyoru, ssenarist və prodüser.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın

Test