Yüklənir...
Bu terminin kökləri antik dövrə dayanır. Yunan mifologiyasına görə mentor terminin açıqlaması “Father like teacher” kimi səslənir. Bu söz Homerin Odisseysindəki Mentor obrazından ilhamlanıb. Hekayədəki Mentor bir qədər təsirsiz bir qoca kimi göstərilsə də, tanrıça Athena, gənc Telemakusu çətin anlarında idarə etmək üçün hər zaman yanında yer alır.
Bəli, maraqlıdır...amma deyəsən bir az qədim zamanlara getdik. Gələk bu günümüzə. Mentor bir termin kimi günümüzdəki mənasında ilk dəfə 1699-cu ildə işlənmişdir. Beləki, ən müasir məsələlərdə metodik dəstək ola bilən təhsil işçisi məhz belə adlanır. Mentorluq, özündə təcrübənin və bilginin ötürülməsi ilə bərabər, istedadların doğru müəyyənləşməsi və inkişaf etdirilməsini də əhatə edir. Bu isə müasir dünyada şirkətlərin daha çox maraqlandığı və dəyər verdiyi məqamdır.
Tələbə mentorluq proqramı
Mentorluq, tələbələrin öz təhsil həyatlarını daha faydalı keçirməsi, karyeraya hazırlanması və peşəkar dünyaya hamıdan öndə başlaması üçün ideal vasitədir. Karyerada pillələrini addımlamış və universitet həyatının incəliklərini bilən mentorlar tərəfindən yönləndirilmə tələbələrin vaxt itkisinin qarşısını alacaq və təhsil üçün xərclənən zaman, enerji və pulun effektivliyini dəfələrlə artıracaqdır. Mentorluq sisteminin tətbiq olunmasındakı məqsədlər:
• İnsan potensialını inkişaf etdirmək
• Təşkilat (layihə qrupu) mədəniyyətini təmin etmək
• Akademik və ya karyera yönündən hədəf kütləyə dəstək vermək
• Bunun nəticəsi olaraq da inkişaf etməkdə olan insan potensialını formalaşdırmaqdır.
Mentorlar hər hansı dar bir sahə üzrə ixtisaslaşmış şəxslərdirlər. Məsələn, siz maliyyə təhlilləri və ya hüquq xidmətləri üzrə bu sahənin mütəxəssislərindən dəstək ala bilərsiniz. Onlar dərin təcrübələri olan sahələr üzrə sizə konkret həll və təkliflər təqdim edirlər.
Azeri Student’in sizə təklif etdiyi mentorluq proqramında nələr tapa bilərsiniz?
- Şəxsi kouçinq
- Təlimlər
- Karyera planlaması
- Dərslərə əlavə dəstək
- Ev tapşırıqları və layihələrin hazırlanmasında dəstək
- İstedadın inkişaf etdirilməsi
Təhsilin inkişafında mühüm irəliləyişlərə nail olmuş ölkələrin təcrübəsi göstərir ki, təhsilverənlərin tədrisdən ayrılmadan peşəkarlıq səviyyəsinin artırılması, mentorların onlara dəstək göstərməsi, iş prosesi zamanı onlara baş çəkməsi, əməkdaşlıq etməsi, rəy verməsi və fikir yürütməsi təhsildə, məktəbdə perspektivliyi təmin edir.
Mentorun tələbənin oxuduğu və öz gələcəyini qurmaq istədiyi sahəyə yaxın profilə sahib olması çox vacib məqamdır. Azeri Student də sizə Business Administration, Management, Marketing, Social sciences sahələr üzrə mentorluq xidmətləri təklif edərək yol göstəriciniz olmağa hər zaman hazırdır.