Yüklənir...

shape shape shape shape

Hofstra University

Hofstra University

Bu Qurum Haqqında

Ümumi məlumat

  • İllik təhsil haqqı: $ 57.660
  • Universitetin reytinqi: Amerikada 185
  • QS reytinqi: 551-600
  • Qəbul tələbi: IELTS 6.5+

 

Ətraflı məlumat

New Yorkda yerləşən Hofstra Universiteti, təhsil keyfiyyəti və zəngin akademik tarixilə ilə diqqət çəkən ali təhsil müəssisəsidir. 1935-ci ildə təsis edilən Hofstra Universiteti, ən prestijli universitet kimi illərdir tələbələrin müraciət etdiyi universitetlərdəndir.

Universitetdə bakalavr, magistr və doktorantura tədris pillələri üzrə müxtəlif ixtisaslara qəbul olmaq mümkündür. Hər bir tədris pilləsində dərslər tələbə mərkəzli, individual və akademik müəllimlər tərəfindən keçirilir. 

Hofstra Universitetində təhsil yalnız nəzəri biliklərlə məhdudlaşmır, həmçinin praktiki tətbiqlərlə də dəstəklənir. Təhsil müddətində nəzəri dərslər praktikalarla tamamlandığından universitetin məzunları dünyanın hər yerində rahatlıqla uğurlu kariyera qura bilərlər.

Hofstra Universitetinin tədris proqramları

Bakalavr tədris pilləsi üçün:

  • Accounting
  • Actuarial Science
  • Advertising
  • Aerospace Studies
  • Anthropology
  • Biochemistry
  • Biology
  • Business Analytics
  • Business Economics
  • Chemistry
  • Civil Engineering
  • Communication
  • Computer Science
  • Criminal Justice
  • Dance
  • Digital Media
  • Economics
  • Education
  • Engineering
  • English
  • Environmental Resources
  • Film Studies
  • Finance
  • Graphic Design
  • Health Administration
  • History
  • International Business
  • Journalism
  • Management
  • Marketing
  • Mathematics
  • Music
  • Nursing
  • Philosophy
  • Physics
  • Political Science
  • Psychology
  • Public Relations
  • Sociology
  • Spanish
  • Theatre

Magistratura tədris pilləsi üçün:

  • Accountancy (MAcc)
  • Business Analytics (MS)
  • Communication (MA)
  • Computer Science (MS)
  • Counseling (MA)
  • Criminal Justice (MS)
  • Data Analytics (MS)
  • Education (MSEd)
  • Engineering Management (MS)
  • Finance (MS)
  • Health Administration (MHA)
  • Human Resources Management (MS)
  • International Business (MS)
  • Journalism (MA)
  • Management (MS)
  • Marketing (MS)
  • Public Health (MPH)
  • Public Relations (MS)
  • Social Work (MSW)

Doktorantura tədris pilləsi üçün:

  • Doctor of Business Administration (DBA)
  • Doctor of Education (EdD)
  • Doctor of Philosophy in Educational Leadership (PhD)
  • Doctor of Philosophy in Health Sciences (PhD)
  • Doctor of Philosophy in Physical Therapy (PhD)

Bu proqramlar universitetdə olan ən məşhur proqramlardan bəziləridir. Hofstra Universitetində olan bütün proqram və ixtisasla bağlı məlumatı universitetin rəsmi veb-saytından ala bilərsiniz.

Hofstra Universitetinin ortalama təhsil haqqı

Hofstra Universitetində beynəlxalq tələbələr üçün illik təhsil haqqı bakalavr tələbələrinə $57.660-dan, magistr tələbələtinə isə $30,510 başlayır və proqramla ixtisasdan asılı olaraq artır.

Qəbul üçün lazım olan sənədlər

  • Attesta və transkripti: Bakalavr üçün orta məktəb attestatı və bütün qiymətlərin göstərildiyi transkript.
  • Diplom və transkripti: Magistratura üçün bakalavr, doktorantura üçünsə həm bakalavr, həm də doktorantura diploma və transkripti.
  • Standart test balları: SAT və ya ACT test balları tələb olunur. Minimum bal tələbləri proqramdan proqrama dəyişə bilər.
  • Referans məktubları: Minimum 2 ədəd akademik referans.
  • Motivasiya məktubu: Proqramı və universiteti niyə seçdiyinizi ətraflı izah edən sənəd.
  • Pasportun surəti: Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiqlənən surəti.

İngilis dili biliyi tələbləri:

  • IELTS: Minimum ümumi bal 6.5.
  • TOEFL: Minimum ümumi bal 79 bal.
  • SAT: Minimum ümumi bal 1370.
  • ACT: Minimum ümumi bal 28.
  • DET: Minimum ümumi bal 120.

Bu tələblər ümumidir və proqramdan asılı olaraq əlavə sənədlər də tələb oluna bilər.

Hofstra Universitetinin təqaüd imkanları

Hofstra Universitetində tələbələrə maddi dəstək olacaq və onların təhsil haqqını qarşılayan bir çox təqaüd imkanları var. Bu imkanlara beynəlxalq təqaüd proqramları, universitet və dövlətin təmin etdiyi təqaüdlər daxildir.

Tələbələrə maddi dəstək olmaq üçün nəzərdə tutulan təqaüdlərdən bəziləri bunlardır:

Hofstra University International Student Scholarship: Beynəlxalq tələbələrə verilən bu təqaüd akademik göstəriciləri yüksək olan tələbələrə verilir.

Təqaüdün məbləği və şərtləri hər il dəyişir.

International Merit Scholarship: Akademik göstəricilərə əsasən verilən təqaüd akademik göstəriciləri yaxşı beynəlxalq tələbələrə verilir.

Təqaüdün məbləği fərdi olaraq tələbənin göstəricisinə əsasən təyin edilir.

Hofstra University Presidential Scholarship: Yüksək akademik göstəricilərə malik tələbələrə təqdim olunan təqaüd, universitetin ən prestijli təqaüdlərindən biridir.

International Student Need-Based Aid: Tələbənin maliyyə vəziyyətinə əsaslanaraq verilir.

Təqaüdün məbləği, tələbənin ehtiyaclarına uyğun olaraq müəyyən edilir.

Global Scholar Award: Beynəlxalq tələbələrin qlobal layihələrdə iştirakını mükafatlandırmaq məqsədilə verilən təqaüddür.

Univeristetdə olan təqaüdlərin hər biri haqqında ətraflı məlumat almaq üçün rəsmi veb-saytdakı Scholarships” səhifəsini ziyarət edə bilərsiniz.

Hofstra Universitetində tələbə həyatı

Hofstra Universitetinin kampusu müasir təhsil binaları, geniş laboratoriyalar, idman sahələri və sosial məkanlarla təmin olunmuşdur. Tələbələr burada rahat vaxt keçirə və kampusda, eyni zamanda onun yaxınlığındakı yataqxanalarda qala bilirlər.  

Bunlarla bərabər universitetdə tələbələrin maraq dairələrini inkişaf etdirmələri və müxtəlif fəaliyyətlərə qoşularaq yeni dostluqlar qurmaqları üçün bir çox imkanları var.

Akademik fəaliyyətlər

Tələbələr müxtəlif akademik klublar və birliklərdə iştirak edərək boş vaxtlarını dəyərləndirir və maraqlı vaxt keçirirlər.

Akademik fəaliyyətə qatılan tələbələr müxtəlif tədqiqat layihələrində iştirak edərək elmi cəhətdən inkişaf edirlər.

Sosial və mədəni fəaliyyətlər

Hofstra Universitetində müxtəlif sosial klublar, təşkilatlar və idman fəaliyyətləri mövcuddur. Universitetdə olan klublardakı tələbələr universitetin dəstəyi ilə layihələr, mədəni tədbirlər, konsertlər, teatr tamaşaları və festivallar həyata keçirmək imkanına sahibdirlər.

Dəstək xidmətləri

Universitetdə tələbələrin fiziki və mental sağlamlığını qorumaq üçün sağlamlıq mərkəzləri fəaliyyət göstərir. Bu mərkəzlər tibbi xidmətlər, psixoloji dəstək və məsləhət xidmətləri verərək tələbələrin fiziki sağlamlığı və fərqli şəhərdə, mühitdə olması səbəbilə olan narahatlıqlarını aradan qaldırır.

Eyni zamanda buradakı karyera məsləhəti xidmətləri tələbələrin karyera planlamasına, praktika keçmələrinə və iş tapmalarına kömək edir.

Hofstra Universiteti haqqında ətraflı məlumat və təhsil almaq üçün bizimlə əlaqə saxlayın!

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın

Test