Yüklənir...
Ümumi məlumat
Ətraflı məlumat
İsveçrənin prestijli təhsil sistemi ilə tanınan HTMi Hotel and Tourism Management Institut Switzerland, turizm və otelçilik sahəsində dünya miqyasında nüfuzlu təhsilə malikdir. 1990-cı ildə qurulan HTMi, İsveçrənin Lucerne gölünün möhtəşəm mənzərəsi fonunda, məktəblilərə həm nəzəri, həm də praktiki biliklər qazandırır.
Müasir təhsil yanaşmaları və savadlı əməkdaşlıqları ilə seçilən HTMi, turizm və otelçilik idarəçiliyi sahəsində lider mövqeyini illərdir qoruyur.
Təhsil keyfiyyəti İsveçrənin yüksək standartlarına uyğun formalaşan HTMi, hər il dünyanın müxtəlif yerlərindən məkətbliləri qəbul edərək onları sektorda ən yaxşısı olmaları üçün hazırlayır. Təhsil müəssisəsi şagirdləri yalnız akademik biliklərini deyil, həm də idarəetmə bacarıqlarını inkişaf etdirməyə diqqət yetirir və məzunlarını beynəlxalq arenada rəqabət qabiliyyətli edir.
İsveçrənin təhlükəsiz və sakit mühitində, beynəlxalq standartlara uyğun təhsil alaraq gələcəyə əmin addımlarla irəliləmək istəyən tələbələr üçün HTMi Hotel and Tourism Management Institut Switzerland ideal seçimdir.
Bakalavr Proqramları
Magistratura Proqramları
Swiss European Culinary Arts Proqramları
İxtisaslaşma Proqramları
Sertifikatlaşdırılmış Professional Proqramlar
Məktəbdə mövcud olan proqramların siyahısı ilə HTMi Hotel and Tourism Management Institut Switzerland rəsmi veb-saytından tanış ola bilərsiz.
HTMi Hotel and Tourism Management Institut Switzerland--da təhsil haqqı proqramdan və təhsil səviyyəsindən asılı olaraq dəyişir.
Bakalavr proqramları üçün illik təhsil haqqı təxminən $33.754-dən, magistratura proqramları üçün isə illik təhsil haqqı təxminən $36.679-dan başlayır.
İngilis dili biliyi tələbləri:
Bu tələblər ümumidir və proqramdan asılı olaraq əlavə sənədlər də tələb oluna bilər.
HTMi Hotel and Tourism Management Institute Switzerland dünya səviyyəsində tanınmış otel idarəetmə məktəblərindən biridir. Onun əsas üstünlüklərinə bunlar daxildir:
Yüksək keyfiyyətli təhsil və təcrübə. HTMi, tələbələrə yüksək səviyyədə akademik təhsil, təcrübə və iş təcrübəsi imkanları təklif edir. Tələbələr burada təhsil almaqla bərabər İsveçrədə keyfiyyətli təhsil ala və universitetin əməkdaşlıq etdiyi beynəlxalq təhsil mərkəzlərində təcrübə küçmək imkanı əldə edirlər.
Həmçinin məktəbdə təhsil prosesi ingilis dilində keçirilir və tələbələr dünya səviyyəsində otel idarəçiliyi sahəsində lider karyera qurmaq üçün lazım olan bilik və bacarıqları qazanırlar.
Sektorla sıx əlaqə. HTMi, dünya miqyasında 200-dən çox otel zənciri və şirkətlə əməkdaşlıq edir. Bu əlaqələr sayəsində tələbələrə həm təcrübə, həm də iş imkanları təqdim edilir. HTMi məzunları, əlaqələrdən yararlanaraq Marriott, Four Seasons, və Accor kimi onlarla məşhur beynəlxalq otellərdə karyera qura bilirlər.
Müasir tədris metodları və ixtisaslaşma imkanları. HTMi, tələbələrə innovativ təhsil metodları və təcrübə imkanları təklif edir. İnstitutun tədris platforması Apple iPad texnologiyası ilə inteqrasiya olunmuşdur. Tələbələr otel və turizm idarəçiliyi, tədbirlərin idarə edilməsi, və aşpazlıq kimi müxtəlif sahələrdə müasir infraksturla ixtisaslaşırlar.
Qlobal miqyasda tərəfdaşlıqlar və akkreditasiyalar. HTMi, EduQua, British Accreditation Council (BAC) və İsveçrə Keyfiyyət və İdarəetmə Sistemləri (SQS) tərəfindən akkreditasiya olunmuşdur. Bu, institutun verdiyi diplomların qlobal səviyyədə tanınmasını təmin edir və məzunlarının dünya üzrə müxtəlif ölkələrdə fəaliyyət göstərməsinə şərait yaradır.
Bu üstünlüklər HTMi İsveçrə İnstitutunu otel və turizm idarəçiliyi sahəsində lider təhsil müəssisələrindən birinə çevirir və tələbələrinə geniş karyera perspektivləri təqdim edir.
Siz də HTMi Hotel and Tourism Management Institut Switzerland haqqında daha ətraflı məlumat və təhsil almaq istəyirsinizsə, bizimlə əlaqə saxlayın!