Yüklənir...
Xaricdə təhsil almaq istəyən hər bir tələbə üçün ən vacib addımlardan biri qəbul olmaq istədiyi universitetin tələblərini qarşılanamaqdır. Universitetlərin qəbul tələbləri arasında ən vacib amil deyərdik ki, xarici dil biliyinin təsdiqidir. Bu məqsədlə, dünya üzrə ən çox tanınan dil imtahanları arasında IELTS və TOEFL xüsusi yer tutur. Hər iki imtahan, tələbələrin ingilis dilindəki bacarıqlarını ölçərək, beynəlxalq universitetlərə qəbul prosesində əsas şərtlərdən biri kimi qəbul edilir. ABŞ, Birləşmiş Krallıq, Avstraliya, Kanada və digər bir çox ölkənin universitetləri, bu imtahanların nəticələrini tələb edir.
Tələbələri bu yolda ən çox maraqlandıran sual IELTS və TOEFL imtahanlarının hansını seçmələridir. IELTS və TOEFL imtahanlarının strukturları, qiymətləndirmə üsulları və qəbul şərtləri fərqli olduğundan bu fərqləri bilib daha sonra qərar vermək məsləhətdir.
Xaricdə təhsil almaq üçün IELTS və TOEFL imtahanları beynəlxalq qəbulda geniş tanınması ilə yanaşı, imtahanların strukturu, qiymətləndirmə üsulu və hazırlıq tələbləri fərqlidir. Bu səbəbdən, doğru seçim etmək üçün imtahanın necə təşkil olunduğunu, necə qiymətləndirildiyini və hansı hazırlıq prosesinin tələb olunduğunu nəzərə almaq vacibdir. Sizin üçün araşdırma edib hər iki imtahanın fərqlərini aşağıda qeyd edirik:
İmtahanın formatı və strukturu:
Testin həyata keçirildiyi şərait:
İmtahanın məzmunu:
Nəticələrin etibarlılığı və qəbul edilən universitetlər:
Hər iki imtahanda da dil bacarıqlarınızın müxtəlif aspektləri qiymətləndirilir. Lakin, hansı imtahanın sizin üçün daha uyğun olduğunu anlamaq üçün öz təhsil və həyat tərzinizə uyğun olanı seçməlisiniz. Məsələn, əgər daha çox real imtahan prosesi keçirmək istəsəniz, IELTS daha yaxşı seçimdor. Əgər kompüter üzərindən imtahan vermək daha rahatdırsa, TOEFL-u seçə bilərsiniz.
Hansı imtahanın sizə uyğun olduğunu və qəbul olmaq istədiyinizin əsas tələbinin hansı olduğunu bilmək üçün Azeri Student-in xaricdə təhsil mütəxəssislərindən dəstək ala bilərsiniz!
IELTS və TOEFL imtahanları arasında hansı imtahanın daha çətin və ya asan olduğu barədə ümumi bir fikir bildirmək çətindir. Hər iki imtahanın strukturu və qiymətləndirmə üsulları fərqli olduğu üçün, hər bir tələbənin təcrübəsi özünəxas olacaq. Bir imtahanı digərlərindən daha asan və ya çətin olduğunu müəyyənləşdirmək şəxsi maraq və üstünlüklərə əsaslanır. Məsələn, bəzi tələbələr danışıq bölməsində birbaşa insanla ünsiyyət qurmağı, digərləri isə kompüter vasitəsilə danışmağı üstün tutar. Eyni şəkildə, yazma və oxuma bölmələrində tələbələrin fərqli güclü tərəfləri ola bilər.
Bu səbəbdən, hansı imtahanın sizin üçün daha rahat olduğunu seçmək üçün hər iki imtahanın strukturu, sualların formatı və tələb olunan bacarıqlar barədə məlumatlı olmaq vacibdir. Öz təhsil tərzinizə və hazırlıq prosesinizə uyğun olan imtahanı seçmək, daha yaxşı nəticələr əldə etməyinizə kömək edəcək.
IELTS və TOEFL imtahanlarının qiymətləndirmə prosesləri bir-birindən fərqlənir və hər ikisinin özünəməxsus qiymətləndirmə sistemi var.
Aşağıda hər iki imtahanın qiymətləndirmə prosesini ətraflı şəkildə izah edirik:
IELTS
IELTS imtahanında hər bir bölmə ("Listening," "Reading," "Writing" və "Speaking") ayrı-ayrılıqda 0-dan 9-a qədər olan bir miqyas üzrə qiymətləndirilir. Bu bölmələrin hər birindən əldə edilən balların ortalaması alınaraq ümumi IELTS nəticəsi müəyyən edilir. IELTS imtahanında nəticə tam və ya yarım bal şəklində (məsələn, 6.5 və ya 7.0) göstərilir. Hər bölmənin qiymətləndirilmə üsulu belədir:
TOEFL
TOEFL imtahanı isə 0-dan 120-yə qədər olan bir miqyas üzrə qiymətləndirilir. Hər bir bölmə ("Reading," "Listening," "Speaking" və "Writing") 0-dan 30-a qədər balla dəyərləndirilir və bu balların cəmi imtahanın yekun nəticəsini təşkil edir. TOEFL imtahanının qiymətləndirmə prosesi isə aşağıdakı kimi aparılır:
IELTS və TOEFL qiymətləndirmə sistemləri fərqli olsa da, hər iki imtahan beynəlxalq standartlara əsaslanaraq ədalətli şəkildə qiymətləndirmə aparır. Bu səbəbdən, hansı sistemin daha uyğun olduğunu düşünərkən şəxsi üstünlüklərinizi və hansı formatın sizin üçün daha rahat olduğunu nəzərə almaq vacibdir.
IELTS və TOEFL imtahanlarının hər birinin müəyyən edilmiş vaxt məhdudiyyətləri var. Hər iki imtahanda dil bacarıqları qiymətləndirilir, lakin bölmələrin müddətləri və ümumi imtahan müddəti fərqlidir.
IELTS
IELTS imtahanının ümumi müddəti təxminən 2 saat 45 dəqiqədir və bölmələrin vaxtları belədir:
Qeyd: "Speaking" bölməsi əsas imtahandan əvvəl və ya sonra təşkil edilə bilər və bu, ayrıca keçirilən bir müsahibə formatında olur.
TOEFL
TOEFL imtahanı ümumilikdə təxminən 3 saat davam edir və bölmələrin vaxtları aşağıdakı kimidir:
Qeyd: TOEFL imtahanında qısa bir fasilə var, bu fasilə dinləmə və danışıq bölmələrindən sonra verilir.
Ümumilikdə TOEFL imtahanı IELTS-dən bir qədər uzun çəkir, lakin hər iki imtahan tələbələrə vaxtlarını yaxşı idarə etməyi və sürətli düşünməyi tələb edir.
IELTS və TOEFL imtahanlarında uğur qazanmaq üçün diqqət edilməli bəzi əsas məqamlar var. Hər iki imtahan fərqli struktura və qiymətləndirmə üsuluna malik olduğundan, hazırlıq prosesi də buna uyğun şəkildə planlaşdırılmalıdır.
Aşağıda, sizin üçün IELTS və TOEFL imtahanlarına hazırlaşarkən diqqət yetirilməli əsas məqamları qeyd edirik:
İmtahanın formatını və strukturu öyrənmək üçün sınaqlar işləyin
Hər iki imtahanın formatı və bölmələri fərqlidir. IELTS-də "Speaking" bölməsi üz-üzə müsahibə şəklində keçirilərkən, TOEFL-də bu bölmə kompüter üzərindən olur. Həm IELTS, həm də TOEFL imtahanlarında dinləmə, oxuma, yazma və danışıq bacarıqları qiymətləndirilsə də, sualların təqdim olunma tərzi fərqlidir. Bu səbəbdən hər iki imtahanın formatı ilə ətraflı tanış olmaq və hansı sualların gələcəyini bilmək üçün çoxlu sınaqlar işləmək imtahan zamanı rahatlıq yaradır.
Vaxt idarəetmə bacarığını inkişaf etdirin
IELTS və TOEFL imtahanları hər bölmə üçün müəyyən vaxt məhdudiyyəti təqdim edir. Vaxtı effektiv idarə edə bilmək, imtahanda bütün suallara cavab vermək üçün çox vacibdir. Xüsusilə dinləmə və oxuma bölmələrində vaxt təzyiqi hiss edilə bilər. Bu səbəbdən, hər bölmənin vaxtına uyğun məşqlər etmək və özünüzü imtahan şəraitində sınamaq faydalı olacaq.
Hər bir bölmə üçün xüsusi strategiyalar hazırlayın
IELTS və TOEFL imtahanlarının hər bir bölməsi fərqli strategiyalar tələb edir:
Rəsmi hazırlıq materiallarından və qaynaqlardan istifadə edin
IELTS və TOEFL imtahanlarını hazırlayan təşkilatlar tərəfindən təqdim edilən rəsmi hazırlıq kitabları və onlayn resurslardan istifadə etmək hazırlıq prosesini daha səmərəli edəcək. Bu materiallar vasitəsilə imtahanın sual tiplərini, qiymətləndirmə meyarlarını və imtahan qaydalarını daha yaxşı anlayacaqsınız.
Eyni zamanda IELTS və TOEFL-in rəsmi veb-saytlarına keçid etməklə də sınaqlar və sualların nümunələrilə tanış olmağınız mümkündür.
Dil biliklərinizi genişləndirin və lüğətinizi artırın
IELTS və TOEFL imtahanlarında geniş lüğət biliyi tələb olunur. Akademik mətnləri və müxtəlif mövzuları başa düşmək üçün dil biliklərinizi artırmağınız vacibdir. Bunun üçün hər gün yeni sözlər öyrənməyə çalışın və öyrəndiklərinizi istifadə edərək yazı və danışıq bacarıqlarınızı gücləndirin.
İmtahana hazırlıq üçün sınaq işləyin
İmtahandan əvvəl, mümkün qədər çox sınaq imtahanında iştirak edin. SInaq imtahanları real imtahan şəraitində təcrübə qazanmağa, vaxtınızı daha yaxşı idarə etməyə və imtahanın gərginliyini azaltmağa kömək edərək sizi imtahana hazırlayacaq.
IELTS və TOEFL imtahanlarında uğur qazanmaq üçün bu məqamları diqqətdə saxlamaq və nizamlı şəkildə hazırlaşmaq çox önəmlidir.
IELTS və TOEFL imtahanlarına hazırlıq, düzgün strategiya və planlı çalışma tələb edir. Hər iki imtahanın strukturu və qiymətləndirmə sistemi fərqli olduğundan, hansının sizə daha uyğun olduğunu seçmək çətin ola bilər. Bu qərarı daha asan verməyiniz üçün Azeri Student-in peşəkar və təcrübəli mütəxəssisləri sizin yanınızdadır. Mütəxəssislərimiz, həm IELTS, həm də TOEFL imtahanlarının tələblərinə uyğun şəkildə xüsusi dərslər təklif edir və sizin dil bacarıqlarınızı gücləndirərək imtahanda yüksək nəticələr əldə etməyinizə kömək edir.
Əgər hansı imtahanın sizin üçün daha uyğun olduğunu müəyyən etməkdə çətinlik çəkirsinizsə və ya bu imtahanlara peşəkar komandayla hazırlaşmaq istəyirsinizsə, Azeri Student-ə müraciət edin! Biz, məqsədinizə çatmağınız üçün ən yaxşı hazırlığı təmin edərək uğur qazanmağınıza dəstək olmağa hazırıq.