Yüklənir...
Ümumi məlumat
Ətraflı məlumat
İllinois State Universiteti ABŞ-ın İllinoys ştatında yerləşir. 1857-ci ildə əsası qoyulan bu prestijli universitet yüksək keyfiyyətli təhsili, güclü akademik proqramları və innovativ tədqiqat səyləri ilə tanınır.
Midwest'in mərkəzində yerləşən İllinois State Universiteti zəngin tələbə həyatı və müasir kampus imkanları ilə seçilir.
Universitetin təhsil keyfiyyəti tələbələri təkcə akademik deyil, həm də fənlərarası yanaşması ilə tələbələrə verdiyi peşəkar və şəxsi inkişafda da özünü göstərir.
İllinois State Universitetində bakalavr, magistr və doktorantura səviyyələrində müxtəlif ixtisaslar mövcuddur.
İllinois State Universiteti tarixdə mühüm yer tutur və bir çox uğurlu alim və liderləri bitirmişdir. Onun məzunları arasında Nobel mükafatı almış alimlər və öz sahələrində qabaqcıl mütəxəssislər var. Bu nailiyyətlər universitetin bütün dünyada nüfuzunu artırır və tələbələri ruhlandırır.
Gəlin İSU haqqında daha ətraflı məlumat alaq.
Bakalavr tədris pilləsi üçün:
Magistratura tədris pilləsi üçün:
Doktorantura tədris pilləsi üçün:
Bu proqramlar universitetdə olan ən məşhur proqramlardan bəziləridir. İllinois State Universitetində olan bütün proqram və ixtisasla bağlı məlumatı universitetin rəsmi veb-saytından ala bilərsiniz.
ISU-da beynəlxalq tələbələr üçün illik təhsil haqqı bakalavr tələbələrinə $ 50.822-dən, magistratura tələblərinə isə $ 44.180-dan başlayır və proqramla ixtisasdan asılı olaraq artır.
İngilis dili biliyi tələbləri:
Bu tələblər ümumidir və proqramdan asılı olaraq əlavə sənədlər də tələb oluna bilər.
ISU-da həm yerli, həm də beynəlxalq tələbələr üçün müxtəlif təqaüd proqramı var. Bu təqaüd proqramlarından tələbələr yararlanmaqla təhsil haqqından azad ola və ya müəyyən güzəştlər əldə edə bilirlər.
Həm universitetin, həm dövlətin, həm də beynəlxalq təqaüd proqramlarının təmin etdiyi çox saylı təqaüdlərdən bəziləri bunlardır:
Presidential Scholarship: Bu təqaüd, tələblərin tam təhsil haqqını və illik yaşayış xərclərini qarşılır. Təqaüdü almaq üçün tələbələrin yüksək akademik göstəriciləri olmalı və icma xidmətində fəal iştirak etməlidir.
Eyni zamanda təqaüdün qalibləri müsahibə əsasına təyin olunur.
Redbird Academic Scholarship: Yüksək akademik göstəriciləri olan tələbələrə verilən təqaüd təhsil haqqının müəyyən bir hissəsini qarşılayır.
Undergraduate Tuition Waiver Scholarship: Bu təqaüd, təhsil haqqının bir hissəsini qarşılayır və akademik göstəricilər əsasında verilir. bacarıqları olmalıdır.
International Baccalaureate (IB) Scholarship: IB diplomu olan tələbələr üçün nəzərdə tutulan təqaüd proqramıdır.
Transfer Student Scholarship: Başqa bir universitetdən yüksək göstəriciləri olan tələbələr Illinois State Universitetinə transfer olduqda onlara verilən təqaüddür.
Univeristetdə olan təqaüdlərin hamısı haqqında ətraflı məlumat almaq üçün rəsmi veb-saytdakı “Scholarships” səhifəsini ziyarət edə bilərsiniz.
İllinois State Universitetində təhsil qədər tələbə həyatı da yüksək standartlara malikdir. Universitetdə tələbələrin rahat və maraqlı vaxt keçirmələri üçün hər bir şərait yaradılıb.
Ona görə də universitetdə tələbələr akademik uğurlarını artırmaqla yanaşı, şəxsi inkişaflarını və sosial əlaqələrini də genişləndirə bilərlər.
Kampus
ISU-un kampusunda tələbələrin istifadə edə biləcəyi yataqxana var.
Kampusda yaşamaq, tələbələrə dərslərə daha yaxın olmaq və universitetin resurslarından daha rahat istifadə etmək imkanı verir. Həmçinin burada maraqlı tədbirlər keçirilir ki, bu da tələbələrin vaxtlarını əyləncəli keçirmələrinə kömək edir.
İdman
Universitetdə tələbələr idman komandaları qurub yarışlar təşkil edə və ya başqa turnirlərdə iştirak edib nəticə alırlar.
Eyni zamanda kampusda yerləşən fitness mərkəzləri və idman zalları tələbələrin sağlam həyat tərzi sürmələri üçün ideal şərait yaradır.
Sosial və mədəni fəaliyyətlər
Universitetdə müxtəlif teatr tamaşaları, musiqi konsertləri və incəsənət sərgiləri keçirilir. Bu tədbirlər tələbələrin mədəni biliklərini artırmağa və əyləncəli vaxt keçirməyə imkan verir.
Tələbələr, həmçinin könüllülük fəaliyyətlərinə qatılaraq da həm CV-lərini gücləndirir, həm də boş vaxtlarını səmərəli keçirirlər.
Dəstək xidmətləri
Kampusda tələbələr üçün tibbi yardım və psixoloji dəstək xidmətləri mövcuddur. Tələbələr bu kimi problemlərlə qarşılaşdıqda dəstək xidmətlərindən yararlanaq problem aradan qaldırırlar.
Bundan əlavə universitetin karyera mərkəzi tələbələrə iş tapmaq, təcrübə keçmək və karyera planlaması mövzusunda dəstək verir. Burada CV yazmaq, müsahibə texnikaları və digər peşə bacarıqları ilə bağlı təlimlər verilir ki tələbələr məzun olduqdan sonra iş axtararkən hazırlıqlı olsunlar.
Illinois State Universiteti haqqında ətraflı məlumat və təhsil almaq üçün bizimlə əlaqə saxlaya bilərsiniz!