Yüklənir...

shape shape shape shape

İNCƏSƏNƏT - FƏRQLİ FİKİRLƏRİN BİTMƏYƏN MÜBARİZƏSİDİR!

18 iyun 2021

Tədbir Tarixi

10:00

Tədbirin Başlama Vaxtı

19:00

Tədbirin Bitmə Vaxtı
İNCƏSƏNƏT - FƏRQLİ FİKİRLƏRİN BİTMƏYƏN MÜBARİZƏSİDİR!

Əsası 1880 - ci ildə qoyulmuş NABA İtaliyada sənət və dizayn sahələri üzrə ən böyük özəl akademiyadır. NABA ənənəvi dizayn - art sektoruna meydan oxumaq, yeni baxışlar və təcrübələr təqdim etmək məqsədi ilə təsis edilmişdir. Yeniliklərin banisi olan NABA müasir dünyanın müxtəlifliklərini müsbət şəkildə qarşılayaraq inkişaf edən bir akademiyadır.

 

NABA tələbələrin sadəcə peşəkar karyera istiqamətlərini və özünü ifadə xüsusiyyətlərini istiqamətləndirən bir təhsil məkanı deyil. Bura, həm də tələbələrin bir çox təcrübəni sınaqdan keçirməsinə imkan yaradan bir istehsal yeridir. Bu təcrübələr sayəsində dizayn müstəqillik qazanır, tələbələrin dizayn səhnəsində və beynəlxalq peşəkar sistemdə özlərini şüurlu bir şəkildə göstərmələrini təmin edir.

 

NABA-nın 2021-22-ci tədris ili üçün magistr və aspirantura proqramlarına qoşulmaq istəyən bütün beynəlxalq tələbələr üçün portfel əsaslı yeni bir təqaüd müsabiqəsi başlatmışdır!

  • Təqaüd proqramı 2021-ci ilin sentyabr ayında başlayacaq kursların təhsil haqqının 25% - ni əhatə edir.  

  • Müraciət üçün son tarix 18 iyun 2021-ci ildir.

  • Təqaüd almış tələbələrin rəsmi yazışmadan sonra 7 gün ərzində qeydiyyatdan keçmələri tələb olunur!

 

NABA təhsili sizə nə vəd edir:

  • Beynəlxalq mədəniyyət, incəsənət, dizayn və moda paytaxtı olan Milan və Romada təhsil almaq şansı;

  • Layihələrdə, stajlarda şirkətlər və təşkilatlarla əməkdaşlıq etmək və bir çox digər fürsətlərdən faydalanmaq imkanı;

  • Qlobal təcrübəyə yönəlmiş bir yanaşma əldə etmək;

  • Prestijli müəllim heyətindən və beynəlxalq səviyyədə tanınmış mütəxəssislərdən öyrənmək;

  • İtalyan və İngilis dillərində olan proqramlara qatılmaq və İtaliyanın Universitet və Araşdırma Nazirliyi (MUR) tərəfindən beynəlxalq səviyyədə olduğu kimi qanuni olaraq tanınmış dərəcə almaq;

  • Ən yaxşı İtalyan Akademiyası və QS World University Rankings® tərəfindən İncəsənət və Dizayn üzrə dünyanın ən yaxşı 100 mükafatına layiq görülən və DOMUS Magazine və FRAME Publishers tərəfindən aparıcı Dizayn və Moda məktəbləri arasında seçilən dünya səviyyəli bir qurumda təhsil almaq. 


 

MAGİSTR PROQRAMLARI

  • Creative Technologies
  • Design
  • Fashion Design
  • Graphic Design and Art Direction
  • Media Design and Multimedia Arts
  • Painting and Visual Arts
  • Set Design


 

ASPİRANTURA PROQRAMLARI

  • Product and Service Design
  • Social Design
  • Textile Design
  • User Experience Design
  • Visual Arts and Curatorial Studies
  • Visual Design and Integrated Marketing Communication

 

Əziz şagirdlər, tələbələr və valideynlər, sizinlə görüşməyi səbirsizliklə gözləyirik!

 

Ünvan: Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 512 28 28 / 050 295 97 76

E-mail ünvanı: [email protected]

Tədbir yeri

{"lat":"","long":""}
bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın

Test