Yüklənir...

shape shape shape shape

Jacobs University

Jacobs University

Bu Qurum Haqqında

Jacobs University

  • Bremen, State of Bremen, Germany

  • 2001-ci ildə təsis edilib

  • İllik təhsil haqqı: 10.000 $+

  • Almaniya üzrə TOP 57-ci yerdədir

Universitet haqqında

Jacobs University 2001-ci ildə Free Hanseatic City of Bremen, the University of Bremen və Rice University, Houston, Texas Universitetinin dəstəyi ilə qurulmuşdur.

Beynəlxalq universitetlərdən biri olan Jacobs University, Almaniyanın Bremen şəhərində yerləşən, dövlət tərəfindən tanınan özəl universitetdir.

Hal-hazırda 120-dən çox ölkədən, 1500-dən çox tələbə iş və elm sahəsində beynəlxalq karyera imkanları əldə etdikləri Bremen şəhərində təhsil alır.

Jacobs University təbiət elmləri, riyaziyyat və mühəndislikdən, sosial elmlər və iqtisadiyyata qədər fənlər arası geniş təhsil proqramları təklif edir. Sinif otaqları kiçikdir, beləki, bir professor hər tələbə üçün fərdi rəhbər və akademik məsləhətçi rolunu oyanyır. Tələbələr təhsillərinin ilk ilindən etibarən tədqiqatlarda iştirak edirlər.

German Center for Higher Education (CHE) tərəfindən ən əhatəli və detallı universitet reytinqlərində Jacobs Universiteti davamlı olaraq ən yüksək sıralardadır. Jacobs məzunları gələcək cəmiyyətə təsir göstərəcək qlobal vətəndaşlar olaraq yetişirlər.

 

#26 Dünyanın ən gənc universitetləri arasında

#5 Almaniyanın ən gənc universitetləri arasında

#364 Avropa universitetləri arasında

#57 Almaniya universitetləri arasında

Tədris

Populyar ixtisaslar:

  • Bachelor of Arts

  • Bachelor of Science

  • Master of Arts

  • Master of Science

  • Executive Master

  • Doctor of Philosophy

 

Proqram və xərclər (İllik) :

Bakalavriat:

  • Təhsil haqqı: 10.000$ - 28.000$ arası
  • Yaşayış xərcləri: 8,000$ - 16,000$

Мagistratura:

  • Təhsil haqqı: 15.000$ - 28.000$ arası
  • Yaşayış xərcləri: 8,000$ - 16,000$

Giriş tələbləri

Dil bilikləri:

Bakalavriat:

  • IELTS 6.0

Magistratura:

  • IELTS 6.5

Sənədlər:

  • 3 Tövsiyyə məktubu
  • Akademik esse
  • Motivasiya məktubu
  • CV/ Resume
  • Transkriptlər

Ünvan

Bremen gGmbH, Campus Ring 128759 Bremen, Germany

Almanyanın nağıllar şəhəri olan Bremen tələbələrə həm yüksək keyfiyyətli təhsil, həm də fərqli bir mühitdə yaşamaq imkanı vəd edir. Bremenin mənzərələri hər il milyonlarla ziyarətçini cəlb edir: Bazar kvadratı - Market Square, o cümlədən İntibah Şəhər Dəhlizi - Renaissance City Corridor, Rolandın heykəli - Statue of Roland və Qothik St. Peter Kilsəsi - Gothic St. Peter's Church, məşhur "Böttcherstrasse" və Şnoor Kvartalı - Schnoor Quarter, İncəsənət Qalereyası - Art Gallery. Bremen Açıq Bazarı 960 ildir ki, Bürgervaydedə keçirilir və Almaniyada ən böyük yarmarkalardan biri sayılır. İncəsənət Qalereyası, Yeni Veserburq Muzeyi - Weserburg | Museum of Modern Art, Gerhard Marks Evi - Gerhard Marcks House və Paula Beker Moderzon Evi - Paula Becker-Modersohn House mühüm incəsənət işlərini təqdim edir. Bremerhavendəki Alman Dənizkənarı Muzeyi dənizçiliyin bütün dövrlərinə aid heyrətamiz kolleksiyaları, o cümlədən muzeyin öz limanında olan çoxlu sayda tarixi gəmiləri ilə fəxr edir. Teatr am Qoetheplatz, hər il keçirilən Bremen Musiqi Proyekti musiqi və teatra ev sahibliyi edirlər.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın