Yüklənir...

shape shape shape shape

Kanadada universitet oxumaq üçün tələb olunanlar

Kanadada universitet oxumaq üçün tələb olunanlar

Kanadada universitet oxumaq dünyanın hər yerində çox tələbənin xəyallarındakı təhsil proseslərindən biridir. Təhsil sisteminin çox peşəkar şəkildə qurulmasına görə Kanada universitetləri qlobal cəhətdən böyük əhəmiyyətə malikdir. Həmçinin Kanadadakı universitetlərdən alacağınız diplomlar dünyanın hər yerində tanındığı üçün gələcək karyera hədəfləriniz və iş həyatınızda sizə kifayət qədər rahatlıq da gətirəcək.

Kanada universitetləri haqqında məlumat toplamaq yaxşı olardı. Kanadanın demək olar ki, hər yerində universitet və kolleclər var. Universitetlərin hamısı dövlətə tabedirlər, ancaq akademik cəhətdən öz-özlərini idarə edirlər. Universitet təhsili adətən, sentyabr ayında başlayır və təxminən may ayında başa çatır. Akademik illər iki və ya üç semestrə ayrılır. Ölkə daxilində bütün tələbələrə tətbiq olunan bir universitet imtahanı yoxdur. Universitetlər öz şərtləri özləri təyin edirlər və burada təhsil alacaq tələbələri seçmək üçün lazımi test və müsahibələri özləri tətbiq edirlər. Beləliklə, universitet tələbəliyinə namizədlər öz qabiliyyət və bacarıqlarına görə ayrıca qiymətləndirilmiş olurlar. Kanada universitetlərinə qəbul olunmaq və sonra isə yeni təhsil həyatınıza başlaya bilməyiniz üçün bəzi şeyləri etməlisiniz. Sizin üçün hazırladığımız maddələri nəzərdən keçirməklə bu şərtlər haqqında məlumat toplaya bilərsiniz.

Kanadada universitet oxumağın şərtləri hansılardır?

Hər ölkənin özünün bir təhsil siyasəti var. Xüsusilə də beynəlxalq bir tələbə kimi bu təhsil siyasətlərinə və tələblərinə əməl etməklə müraciət prosesinizi tam şəkildə yerinə yetirməlisiniz. Kanadada universitet oxumaq üçün aşağıdakılar tələb olunur:

 

  • Azərbaycandakı kimi ali məktəblərə qəbul üçün dövlət imtahanı tələbi yoxdur.
  • Kollec tipli müəssisələrdə təhsil almaq üçün orta məktəbdəki qiymətlərinizin müəyyən səviyyədə olması, universitetlər üçün isə daha yaxşı olması tələb olunacaq.
  • IELTS və ya TOEFL imtahanlarında müraciət olunan proqrama əsasən bir keçid balı tələb olunacaq.
  • Əksər ixtisasda AP və ya IB dərsləri tələb oluna bilər.
  • Bəzi ixtisaslar üçün təfərrüatlı bir portfolio tələb oluna bilər.
  • Bütün ali məktəblərə müraciətdə CV tələb olunur.
  • Rəsmi Transkript və ya Diplom
  • Magistra müraciət edən namizədlərdən yaxşı tövsiyə məktubları tələb olunur.
  • MBA və ya digər magistr proqramları üçün GMAT və GRE kimi bacarıq imtahanları da tələb olunur.
  • Sertifikat proqramları da daxil olmaqla magistr proqramlarında iş təcrübəsinin böyük əhəmiyyəti var.

Kanadada universitetdə təhsil prosesi 

Kanada universitetləri bakalavr təhsili verən universitetlər və kollec təhsili təqdim edən kolleclərə ayrılır. Kollec səviyyəsində təhsil ingiliscə hazırlıq keçməyəcəksinizsə, 2 ildə başa çatır. Kanadada universitet təhsilində bir çox fakültədə tədris 4 ilə başa çatır. Ancaq bu vəziyyət fakültədən asılıdır, müxtəlif ola bilər. Məsələn, səhiyyə sahəsindəki ixtisaslar, hüquq və texniki sahələrdəki ixtisasların tədris müddəti 5-6 il arasında olur. Kanadanın ali təhsil müəssisələrinə müraciət prosesi Amerika ilə oxşardır.

 

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın