Yüklənir...

shape shape shape shape

KISS: Keep It Stupid Simple

KISS: Keep It Stupid Simple

Son zamanlar gənc sahibkarlar öz layihələrini inkişaf etdirmək üçün investisiya almaq mübarizəsində start-up tədbirlərində daha çox populyarlıq qazanır. Bu məqsədə nail olmaq üçün vacib addımlardan biri öz ideyanı təqdim etmək, yəni pitch yaratmaq bacarığıdır. Pitch- ideyanı, layihəni, planı, hətta özünü və komandanı «sata bilmək» məqsədi daşıyan bir çıxışdır. Bu cür çıxışlar investorlar, bankirlər, potensial sponsorlar, rəhbərlər, işçilər, müştərilər və tərəfdaşlar üçün edilir.

Pitch çıxışlarının bir neçə növləri vardır:

1) Elevator pitch. 1 dəqiqəniz var! Əsas məqsəd ikinci görüşə dəvət almaq üçün investoru cəlb edə bilməkdir. Bu dəqiqə ərzində siz, mövcud problem və onun həll yolu haqqında qısa danışmalısınız.

2) Idea pitch. Artıq 3 dəqiqə limitiniz var! Bu cür pitching daha çox hallarda startup müsabiqələrində tətbiq edilir. Aşağıdakı elementlərdən ibarətdir:

     1. Layihənin adı → Özünüzü və komandanın bütün üzvlərini təqdim etmək üçün vaxt sərf etməyin, əvvəlcə yalnız layihənin adı ilə kifayyətlənməlisiniz.

     2. Problem → Bunu hekayə şəklində təqdim etsəniz daha yaxşı olar, o zaman investorlarda problemin vizual təsviri yaranır.

     3. Həll → Sadəcə problemin həllini və mövcud analoqlarla müqayisədə fərqli xüsusiyyətlərini, olduqca qısa şəkildə izah edin.

     4. Bazarın həcmi → Ümumi bazar ölçüsünü göstərin; bazarın əldə etməyi planlaşdırdığınız hissəsini və layihənin hədəf auditoriyasını göstərin.

     5. Biznes-modeli → Layihənin necə pul qazanacağını, haradan qaynaqlandığını, ortalama bir ildə nə qədər gəlir gətirəcəyini və ən əsası təqdim olunan rəqəmlərin                 haradan gəldiyini, niyə bu fərziyyələri etdiyinizi nümayiş etdirin.

     6. Komanda → Komandada olan mütəxəssislər, onların nailiyyətləri barədə danışın.

     7. Nəticə → İnvestorların yaddaşında qalmalı olan ən vacib amilləri sadalayın. Və əlbəttə ki, sizinlə əlaqəyə keçmələri üçün kontakt vasitəsi saxlamağı unutmayın.

 

3) Funding pitch. Müddəti təxminən 7-10 dəqiqədir. Bu hissə Idea pitch ilə müqayisədə daha geniş bir təqdimatdır, çünki bura əlava olaraq rəqiblər, bazara çıxış strategiyası, cari mövqe və zəruri investisiya da daxildir.

 

Bundan əlavə, pitch hazırlanmasında zəruridir:

- hazırlaşmaq: dostlar və ya ailə qarşısında məşq etmək ki, birincisi, ideya tamamilə hamıya aydın olsun; ikincisi, bütün iştirak edənlərlə göz contact-ı saxlamağı                  öyrənmək üçün;

- spesifik terminlərdən istifadə etmiyin. Əgər ailə, dostlar, söhbətin nədən getdiyini anlamırlarsa, o halda, məzmunu dəyişdirməyə dəyər, çünki investorlar ensiklopediya         deyil və onlar hər şeyi bilmirlər. Və ümumiyyətlə, bu cür çıxışlarda əsas qayda -KISS-keep it stupid simple;

- uzun izahlardan istifadə etmiyin;

- investorları aldatma. İnvestorlar pullarını investisiya etməzdən əvvəl mütləq təhlil edəcəklər və əgər onları aldatdığınız ortaya çıxsa, nüfuzunuz bir qədər “tapped” olacaq;

- slaydlarda böyük mətnlərdən istifadə etməyin və mümkünsə onu qrafiklərlə, cədvəllərlə və şəkillərlə əvəz edin. Ümumiyyətlə, slayd üzərində "səs-küy" nə qədər az            olarsa, bir o qədər yaxşıdır.

- investorların növbəti suallarına cavab vermək üçün bazarı, rəqibləri yaxşı analiz etmək lazımdır.

 

Bütün yuxarıda göstərilənləri yekunlaşdıraraq, pitch hazırlanmasında:

1. Unutmayın ki, siz satışnan məşğulsunuz;

2. Müəyyən bir sahəyə hansı pitch formatının uyğun olduğunu müəyyən etməlisiniz;

3. Bir start-up'ı satmaq üçün lazımi amillərdən maksimum istifadə edin.

 

Sən necə, öz start-up lahiyəni başlamağa hazırsan?

 

Böyük Britaniya, ABŞ, Hollandiya, İsveçrə və dünyanın digər inkişaf etmiş ölkələrində Business sahəsi üzrə aparıcı universitetlərə qəbul qazanmaq üçün vaxt itirmədən müraciət edin! Azeri Student komandası hər zaman sizə dəstək olmağa hazırdır! 

  • Hult International Business School

  • Geneva Business School

  • EU Business School (Geneva & Montreux (Switzerland); Barcelona (Spain); Munich (Germany))

  • University of Glasgow

  • University of St Andrews

  • University of Exeter

  • Lancaster University

  • Newcastle University

  • Henley Business School (University of Reading)

  • Amsterdam Business School (University of Amsterdam)

  • Nyenrode Business University (Netherlands)

  • The University of Sydney

  • Torrens University Australia və daha bir çoxu.

 

Ünvanlar:
Nobel prospekti 25, Baku White City Office Building, 5-ci mərtəbə, ofis 501. Əlaqə: +994502959776

Nobel prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə, ofis 135. Əlaqə: +994 50 512 28 28

bg

Bütün suallarınız üçün bizimlə əlaqə saxlayın