Yüklənir...
Çox uzağa getmədən, İstanbul kimi heyrətamiz bir şəhərdə təhsil almaq istəyirsinizsə Koç məhz sizin üçündür. Universitetin təklif etdiyi BSc və BA proqramlarının müddəti 4 ildir, dərslər ingilis dilində tədris olunur və beynəlxalq tələbələr üçün bütün akademik imkanlar yaradılır. MD proqramının müddəti isə 6 ildir, ingilis dilində tədris olunur, lakin xəstələrlə işləmək üçün 4-cü ilə qədər türk dili biliyinə nail olmaq lazımdır.
Fall 2022 qəbulu üçün tələb olunan sənədlər
• Beynəlxalq standartlaşdırılmış imtahan balı və ya diplom qiyməti (tələb olunur)
• Orta Məktəb Diplomu (əgər təqdim edilən zaman mövcuddursa)
• Orta məktəb transkriptləri (və ya proqnozlaşdırılan nəticələr)
• Motivasiya məktubu
• Bir (1) tövsiyə məktubu
• Mövcuddursa, yazı bölməsində minimum 80/120 və 20/30 ilə TOEFL iBT; və ya minimum C dərəcəli CAE (istəyə bağlı)
Qeyd: IELTS balı Türkiyədə qəbul edilmir, lakin ingilis dili biliyinin göstəricisi olaraq onlayn ərizənizə əlavə edilə bilər.
2022-ci il üçün Koç Universitetinə endirimsiz qəbul olunan beynəlxalq tələbələrə aşağıdakı xərcləri qarşılamaq üçün hər tədris ili (2 semestr) üçün 20.000 - 25.000 ABŞ dolları məbləğində büdcə hazırlamağı tövsiyə edirik:
Niyə Koç Universiteti?
Çünki…
- Fərdi Təhsil Sistemi ilə siz universitetin birinci kursundan karyeranızı istiqamətləndirə biləcəksiniz
- Tədqiqat imkanları sayəsində professor-müəllim heyəti ilə işləyərək, dünya ədəbiyyatına töhfə verə bilərsiniz
- Məzun olduğunuz ildə bakalavr endiriminizlə tezissiz magistr proqramlarına davam edə bilərsiniz
- İkili ixtisas proqramı ilə siz eyni vaxtda iki fakültə oxuya və iki diploma sahib ola bilərsiniz
- Maraq sahəsinə uyğun olaraq Hüquq, Elm, Sosial-İqtisadi və İnzibati Elmlər üzrə kiçik təhsil alaraq sertifikat ala bilərsiniz
Müraciət qaydaları, son qəbul tarixi və digər məsələlərlə bağlı bütün müvafiq məlumatları bizə müraciət edərək əldə etməyə tələsin!
Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə
Əlaqə: 050 512 28 28 / 050 254 03 27
E-mail ünvanı: [email protected]