Yüklənir...
Haqqında
Beynəlxalq otel idarəçiliyi məktəbi olan Les Roches Marbella İspaniyada təlimin ingilis dilində aparıldığı yeganə otel idarəçiliyi təhsil müəssisəsidir. TNS beynəlxaql reytinq agentliyinin məlumatlarına əsasən bura turzim, otelçik və qonaqpərvərlik ixtisasında kadrların yetişdirilməsi üzrə ölkənin ən yaxşısıdır.
Tədris İsveçrə brendi olmuş Les Roches-nin beynəlxalq tədris sistemi ilə aparılır.Dünya reytinqinə əsasən müəssisə otel idarəçiliyində mütəxəssislərin hazırlanması üzrə ilk üçdədir. Universitet həmçinin İspaniyada Yeni İngiltərə Məktəbləri və Kollecləri Assosiasiyasının (NEASC) akkreditasiyasını təmin edən yeganə ali qurumdur.
Tədris
Les Roches Marbella tələbələri otelçilik sahəsində beynəlxalq bakalavr təhsili, magistr proqramlarına qoşula bilər (otel idarəçiliyi, lüks turizm) və ya yay proqramına qoşularaq şəhər və universitetlə tanış ola bilərlər.
Otel nəzəriyyəsi ilə yanaşı tələbələr müxtəlif otellərin iş mexanizmi, qurğuları və xidmətləri ilə yaxından tanış olurlar. Nəzəri bilikləri təcrübəyə çevirmək imkanı verilir. Məsələn, bakalavr təhsili ərzində tələbələr əldə etdiklərini nəzəri bilikləri böyük şəbəkəli otellərdə və ya butik otellərdə staj keçərək praktikaya çevirirlər.
Məzunların 90%-i praktika vaxtı və ya məzun olduqdan dərhal sonra iş tapa bilir.
Universitetin kampusları arasında mübadilə proqramı var. Belə ki, tələbələr Les Roches-nin İsveçrə, Çin və ya ABŞ-dakı filiallarında təlim keçə bilərlər.
Populyar ixtisaslar
Proqram və xərclər (2018)*
* Qiymət seçdiyiniz proqram və istiqamətdən asılı olaraq dəyişə bilər.
Giriş tələbləri
Bakalavr:
Magistr proqramları:
*Giriş tələbləri seçdiyiniz proqram və istiqamətdən asılı olaraq dəyişə bilər.
Ünvan
Ctra. de Istan, Km. 1, E-29602 Marbella, Spain
Kampus Marbella şəhərinin mərkəzi hissəsi sayılan Kosta-del-Solda yerləşir. Marbella şəhəri İspaniyanın ən populyar kurort mərkəzlərindən biri sayılır. Bir çox nüfuzlu otel, restoran və turizm mərkəzləri tələbələrə staj və məşğulluq üçün imkanlar yaradır.
Kampusda 20-dən çox auditoriya, 3 mətbəx, reception və otel otağı, kompüter mərkəzi və dil sinifləri üçün ayrıca otaq var. Kampusda həmçinin 2 restoran və kafe var. İdman mərkəzi isə kampusdan 15 dəqiqəlik yerimə məsafəsindədir.
Tələbə həyatı
Tələbələr kampusda 2, 3 və ya 4 nəfərlik otaqlarda qalırlar. Hər otaqada ayrıca vanna otağı və tualet var. Tələbələr istəkdən asılı olaraq kampusa 5-20 dəqiqə yerimə məsafəsində olan mənzillərdə kirayə də qala bilərlər.