Yüklənir...
London South Bank University, Londonun Elephant and Castle şəhərində yerləşən bir dövlət universitetidir. Adı Thames çayının Cənubi Sahili yaxınlığında yerləşən Southwark'ın London Borough bölgəsindən götürülmüşdür. Bu gün burada 130-dan çox ölkədən 2000-dən çox beynəlxalq tələbə təhsil alır. Universitet iki il ard-arda ilin universiteti adına layiq görülmüşdür.
London South Bank University-nin tələbələr üçün yeni bir teknoloji öyrənmə mühitinə yatırdığı investisiyalar sayəsində universitet İngiltərədə Electronic and Electrical Engineering və Chemical Engineering ixtisasları üzrə 6. sırada yer alır. Bu isə təhsil müəssisəsinin mühəndislik proqramları üzrə İngiltərədəki ən yaxşı yerlərdən biri olduğu anlamına gəlir. LSBU tələbələri öz kampuslarında Səmərəli və Bərpa olunan Enerji Mərkəzində (CEREB) öyrənmək və araşdırma aparmaqdan faydalanırlar. CEREB-də tələbələr gələcək naminə davamlı binalar təmin etmək üçün cəmiyyətin və sənayenin mənimsəməsi lazım olan bəzi son texnologiyalarla işləyə və öyrənə bilirlər.
2.8 milyon funt sterlinq büdcəyə malik CEREB, tələbələrin gələcəkdə aşağı karbonlu binalar üçün dizayn və texnologiyaların idarə edilməsinə kömək edən əvəzolunmaz bir mənbədir. LSBU eyni zamanda Çevik İqlim Simulyatoruna investisiya qoyaraq, qurulumu üçün çalışır. Tamamilə yeni simulyator binalar üçün yeni texnika və sistemləri sınaqdan keçirəcək və şagirdlərə iqlim təsirini daha yaxşı başa düşmələri üçün tam miqyaslı mühitlər yaratmağa imkan verəcəkdir.
LSBU-da qazanılan praktik təcrübə, məzunların karyeralarına başlayarkən digər işçilərdən fərqlənmələrinə səbəb olacaqdır.Siz LSBU-da mühəndislik proqramında təhsil yalnız ən mükəmməl biliklərə yiyələnmək deyil, eyni zamanda bu universitetin parlaq imkanlarından faydalanmaq deməkdir.
Siz də bu imkanlardan faydalaraq öz təhsilinizi LSBU-da davam etdirmək istəyirsinizsə elə indi komandamızla görüş təyin edin!
Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə
Əlaqə: 050 512 28 28 / 050 295 97 76
E-mail ünvanı: [email protected]