A-level və GCSE proqramları üzrə Londonda təhsil almaq istəyən tələbələr üçün "Global Scholarship" müsabiqəsi

50 faizə qədər endirim əldə etmək üçün müraciət etməyə tələsin!


1-ci yerin qalibinə akademik və professional uğurlarına görə 50 faiz endirim! Digər shortlisted kandidatlar üçün isə 20 faiz endirim proqramı!

David Game College 2022-ci ilin sentyabrında Londonda A-level və GCSE proqramlarına qoşulmaq üçün dünyanın hər yerindən ən parlaq və ən yaxşı tələbələrin axtarışındadır. Belə tələbələri tapmaq məqsədilə kollec aşağıdakı scholarship proqramları üçün müsabiqə elan edir:

Global Art and Design Award - İncəsənət və dizayn sahəsi üzrə professionallaşmaq istəyən tələbələrə aid olub müraciətçilərin işləri ilə əlaqədar portfolio tələb edir.

Global Music Award - müraciətçilərin bəstələdikləri, ifa və ya aranjman etdikləri 5 dəqiqəlik musiqi parçasını təqdim etmələri gərəklidir.

Global Film Award - kandidatlar 5 dəqiqəlik qısa film təqdim etməlidirlər.

Global Medicine Award - tibb təhsili ilə maraqlanan şəxslər üçün olub müraciətçilərdən ölkələrində iştirak etdikləri icma layihəsi haqqında minimum 1000 sözlük hesabat yazmalarını tələb edir.

Global Business Award - müraciətçilər bir startap layihəsi üçün biznes plan təqdim etmələdirlər.

Global GCSE Award - kandidatlar onlara ilham olan kitab, tamaşa, film, dram və ya musiqi əsəri haqqında 1000 sözdən ibarət esse təqdim etməlidirlər.

Növbəti addım olan intervyu mərhələsinə 5 kandidat seçiləcəkdir. İntervyu onlayn və yaxud oflayn olacaq, müraciətçilərdən endirimi qazanmağa niyə layiq olduqları, scholarship üçün olan motivasiyaları soruşulacaq.

Müraciət üçün son tarix 1 iyuldur. 10 iyulda intervyu mərhələsinə keçən namizədlər elan olunacaq, 11 iyuldan sonrakı həftə ərzində isə intervyular keçiriləcəkdir.

David Game College-nin Scholarship Proqramında iştirak etmək üçün tələbələr 14-17 yaşlarında olmalıdırlar. David Game College-ində təhsil almış şəxslər proqrama müraciət edə bilməzlər Namizədlər bütün David Game College və UKVI qəbul meyarlarına uyğun olmalıdırlar.

 

Müraciətinizi tamamlamaq üçün hansı sənədləri təqdim etməli olduğunuzu öyrənmək üçün elə indi Azeri Student komandasına müraciət edin.

 

Ünvan: 8 noyabr prospekti 15, Azure Biznes Mərkəzi, 20-ci mərtəbə

Əlaqə: 050 254 03 27 / 050 254 03 29 / 050 512 28 28 

E-mail ünvanı: [email protected]

 

Bizimlə məsləhətləş

Sima Cabbarova
Xaricdə Təhsil Almış Tələbəmizdən Məsləhətlər

Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.

Tərəfdaş universitetlər