Bu il Amerikada təhsil arzulayırdın? Artıq arzu olmaqdan çıxacaq! Səyahətə evdən başla, seçim şansını çoxalt. University of Massachusetts Boston professorlarından təhsil al və ABŞ universitetlərində tanınacaq kreditlər qazan.
2020-ci ildə ABŞ-da təhsil almaq istəyirsinizmi?
Əgər siz artıq aşağıda göstərilən ABŞ kolleclərindən və ya universitetlərindən birinə qəbul olmusunuzsa, American Collegiate Live proqramına qatılın. Distant təhsilə başlayın, eyni zamanda sizə lazımi kreditləri toplayın. Aşağıdakı fənlər arasında ilk tədris ilinin qəbul tələblərinə cavab verəcək kurslar seçə bilərsiniz:
* Qəbul tələbləri və kreditlərin sayı universitetdən və American Collegiate Live-ə gedən yoldan asılıdır.
American Collegiate Live (ACL) proqramının xüsusiyyətləri
ACL təhsil proqramı məqsədinizdən asılı olaraq müxtəlif sayda kredit əldə etməyə imkan yaradan 4 təhsil yollarından (trek) birini öyrənməyi nəzərdə tutur. Bu proqram sayəsində müraciət edəcək tələbələrin nəzərinə: 1, 2 və 3 nömrəli treklərə qəbul olmaq üçün GPA nəticəniz 2.5-dən az olmamalıdır. 4-cü treka qəbul almaq üçün minimum GPA yoxdur. Həmçinin treklərin hər birində ingilis dili biliklərinizlə bağlı müxtəlif tələblər mövcuddur. Əgər siz artıq ABŞ universitetinə qəbul olunmusunuzsa, sizi universitetinizin tələblərinə və ingilis dilinizin səviyyəsinə əsaslanaraq müvafiq təhsil yoluna yönləndirəcəklər.
Dil bilik seviyyəsi |
Kredit sayı 2020 yay semestri |
Kredit sayı 2020 payız semestri | |
Trek 1 | IELTS 6.0 | TOEFL 79 | 10-12 | 15-17 |
Trek 2 | IELTS 5.5 | TOEFL 68 | 7-8 | 10-11 |
Trek 3 | IELTS 5.0 | TOEFL 60 | 3-4 | 7-8 |
Trek 4 | IELTS 3.5 | TOEFL 3 | Ancaq ingilis dili | Ancaq ingilis dili |
Distant təhsil necə aparılacaq?
Universiteti evinizə gətiririk! Müasir interaktiv texnologiya, standart bir sinifdə olduğu kimi professorla daha çox ünsiyyət və qarşılıqlı əlaqə yaratmağa imkan verir, çünki American Collegiate Live real zaman çərçivəsində təhsil almağı təklif edir. Dərslər saat 7.00-dan 9.45-ə qədər (və ya 11.45-dən trekdən asılı olaraq) Şərqi Amerika vaxtı (Eastern Daily Time zone) üzrə keçiriləcək. Buna görə də, Azərbaycan tələbələri vaxt zonamızda, mövcud təlimə qatılmaq üçün time zone kalkulyatoru istifadə edərək müvafiq sinif zamanını hesablamalıdırlar.
Amerika Universitetləri tərəfindən təhsil kreditlərinin tanınması
University of Massachusetts Boston (UMass Boston) milli akkreditə olunmuş Amerika dövlət universitetidir, buna görə də bu universitetdən alınan kreditlər həm ABŞ-da, həm də xaricdə tanınır. Aşağıdakı siyahıda, ACL proqramı çərçivəsində tələbənin potensial transferi üçün UMass Boston kreditlərini əvvəllər qiymətləndirmiş və köçürmüş universitetlərlə tanış ola bilərsiniz. Unutmayın ki, ikinci semestrə və ya kursa keçmək üçün sizə veriləcək kreditlərin sayı seçdiyiniz universitetdən, təhsil yolundan və ingilis dilinizin səviyyəsindən asılı olaraq dəyişəcəkdir. Qırmızı rənglə vurğulanan universitetlər ACL-dən əldə edilən kreditlərin tam tanınmasını və transfer olunmasını təsdiqləyib.
ABŞ universitetlərində distant təhsil üçün tələb olunan təhsil haqqı
ABŞ-da 2020-ci ildə təhsil haqqı, xüsusilə böhran dövründə hər kəsi narahat edən bir sualdı. ACL proqramı, bir və ya iki semestr tədris xərclərini azaltmaq üçün bir fürsətdir, çünki Amerikada yaşam xərcləri üçün pul ödəməli və uçuşlara pul xərcləməli deyilsiniz. Buna görə mövcud sualın cavabı cədvəldədir:
2020 Yay semesteri | 2020 Payız semesteri | |
Trek 1 | $ 12 000 | $ 14 000 |
Trek 2 | $ 10 000 | $ 12 000 |
Trek 3 | $ 8 000 | $ 10 000 |
Trek 4 | $ 5 000 | $ 5 000 |
Amerika Universitetlərinə Qəbul 2020: Son tarixlər
Bizimlə məsləhətləşin. AzeriStudent mütəxəssisləri doğru təhsil müəssisəsini və proqramını seçməyə, sənədlər və viza ilə bağlı sənədləşməyə, qəbul və hazırlığa və uğurla qeydiyyatdan keçməyə kömək edəcəkdir.